Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/İlham Əliyev: Azərbaycan “Avropa Siyasi Birliyi”nin sammitinin Ermənistanda keçirilməsini dəstəkləyib
SİYASƏT

İlham Əliyev: Azərbaycan “Avropa Siyasi Birliyi”nin sammitinin Ermənistanda keçirilməsini dəstəkləyib

04 May 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan “Avropa Siyasi Birliyi”nin 8-ci sammitinin Ermənistanda keçirilməsini dəstəkləyib.

Paraqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən sammitinin iştirakçılarına videomüraciətində bildirib.

Prezidentin sözlərinə görə, Avropa İttifaqı Şurasının sədri Antonio Koşta ilə görüşündə İrəvanda keçiriləcək sammitin işinə onlayn formatda qoşulacağını bəyan edib:

“İki aydan az bir müddət əvvəl Antonio Koştanın Azərbaycana səfəri zamanı biz mənim sammitdəki iştirakımı müzakirə etdik və ora videobağlantı qoşulacağım barədə razılığa gəldik. Həmçinin bildirmək istərdim ki, bir il əvvəl Tiranada Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə görüşüm zamanı onlar 2026-cı ilin mayında Ermənistanda sammitin təşkili ideyası barədə mənim fikrimi soruşdular. Mən bu təşəbbüsü dəstəklədim və öz növbəmdə, balanslı yanaşmanın qorunub saxlanması üçün növbəti sammitlərdən birinin Azərbaycanda keçirilməsini təklif etdim. Təklif qəbul edildi, buna görə də mən “Avropa Siyasi Birliyi” üzvlərini 2028-ci ilin mayında Azərbaycana səfər etməyə dəvət edirəm.

Yeri gəlmişkən, Ermənistan da bizim namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan və Ermənistan arasında sülhün reallıq təşkil etdiyinin aydın göstəricisidir”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Zelenski Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhə ümid edir

Next

Aİ: Türkiyənin Ermənistanda ASB sammitində iştirakı xüsusi əhəmiyyət daşıyır

Copyright 2026— Praqraf.com. All rights reserved