Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Azərbaycanda hüquqi aktların Dövlət Reyestrinə daxil edilmə qaydası dəyişib
MANŞET

Azərbaycanda hüquqi aktların Dövlət Reyestrinə daxil edilmə qaydası dəyişib

04 May 2026 1 Min Read
PAYLAŞIN:

Prezident İlham Əliyev 1 iyul 2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş hüquqi aktların “Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”də və 6 oktyabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edib.

Paraqraf.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, hüquqi aktlar Ədliyyə Nazirliyinə daxil olduğu gündən 15 iş günü müddətində Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtinaya əsas olub-olmamasına dair yoxlanılır. Hüquqi aktlar Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunduqdan sonra yeddi iş günü müddətində Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina edilməyibsə, həmin aktlar Dövlət Reyestrinə daxil edilmiş hesab olunur və rəsmi dərc edilməlidir, bu şərtlə ki, həmin müddət bitdikdən sonra bir iş günü ərzində Ədliyyə Nazirliyi tərəfindən hüquqi aktın Dövlət Reyestrinə vaxtında daxil edilməməsinin səbəbləri barədə hüquqi aktı qəbul etmiş orqana (quruma) əsaslandırılmış məlumat verilməmiş olsun. İndiyə qədər həmin müddətlər 7 gün olub.

Bundan başqa, mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktı Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunduqdan sonra 15 iş günü (indiyə qədər 7 iş günü olub) müddətində Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina edilməyibsə, həmin akt Dövlət Reyestrinə daxil edilmiş hesab olunur və rəsmi dərc edilməlidir, bu şərtlə ki, həmin müddət bitdikdən sonra 1 iş günü ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən normativ hüquqi aktın Dövlət Reyestrinə vaxtında daxil edilməməsinin səbəbləri barədə həmin orqana əsaslandırılmış məlumat verilməmiş olsun.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

WUF13 çərçivəsində Bakıda müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək

Next

Naxçıvanda yazlıq əkin sahələri 4 %-ə yaxın artıb

Copyright 2026— Praqraf.com. All rights reserved