Skip to content
05 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 3
  • Sahil Babayev Özbəkistanda ikitərəfli görüşlər keçirib

Sahil Babayev Özbəkistanda ikitərəfli görüşlər keçirib

admin 03 May 2026 5 minutes read
SUHuXHBPE1O9DFIWyVxtRYqdNlxlN2mtX7ZdyTQe_1200
PAYLAŞIN:

Maliyyə naziri Sahil Babayev Asiya İnkişaf Bankının (ADB) Özbəkistanın Səmərqənd şəhərində keçirilən 59-cu İllik Toplantısının ilk günündə bir sıra ikitərəfli görüşlər keçirib.

Paraqraf.com bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, ADB-nin Prezidenti Masato Kanda ilə keçirilən görüşdə Azərbaycan ilə Bank arasında uzunmüddətli və konstruktiv tərəfdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub, nəqliyyat və logistika, dəmiryolu xətlərinin modernləşdirilməsi, şəhər nəqliyyatının təkmilləşdirilməsi və regional bağlantıların gücləndirilməsi üzrə layihələrdə bankın iştirakının əhəmiyyəti qeyd olunub.

Görüşdə Azərbaycanın iqtisadi göstəriciləri barədə məlumat verilib, ADB-nin ölkə iqtisadiyyatının şaxələndirilməsi, yaşıl inkişaf, rəqəmsal transformasiya və dayanıqlı infrastrukturun inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib. Nazir bildirib ki, ADB-nin 2025–2029-cu illəri əhatə edən Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyasında dayanıqlı, şaxələndirilmiş və rəqabətqabiliyyətli iqtisadi artımın dəstəklənməsi, yaşıl keçidin sürətləndirilməsi və regional inteqrasiyanın gücləndirilməsi əsas prioritetlər kimi müəyyən edilib.

S.Babayev regional əməkdaşlığın genişləndirilməsində CAREC Proqramının mühüm platforma olduğunu vurğulayıb, eyni zamanda Orta Dəhlizin Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı rolunun gücləndirilməsi baxımından strateji əhəmiyyətini qeyd edib.

Öz növbəsində M.Kanda Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edərək, prioritet sahələr üzrə birgə layihələrin davam etdirilməsi və yeni təşəbbüslərin dəstəklənməsinə hazır olduqlarını bildirib.

Özbəkistanın Baş nazirinin müavini, ADB-nin Özbəkistan üzrə Rəhbəri Cəmşid Xocayev ilə görüşdə Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb. Bildirilib ki, tərəflər arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında müqavilə və 2025–2029-cu illər üzrə Yol Xəritəsi iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi üçün möhkəm baza rolunu oynayır.

S.Babayev ötən il Özbəkistanda Azərbaycanın Ticarət Nümayəndəliyinin açılmasının ikitərəfli iqtisadi əməkdaşlığın dəstəklənməsi, işgüzar əlaqələrin gücləndirilməsi və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından mühüm institusional addım olduğunu bildirib.

Nazir S.Babayevin Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının (JBIC) rəhbəri Nobumitsu Hayashi ilə görüşündə isə Yaponiya ilə Azərbaycan arasında mövcud etibarlı tərəfdaşlıq münasibətləri, JBIC-nin qlobal inkişaf maliyyələşməsində rolu, Orta Dəhliz üzrə nəqliyyat və logistika infrastrukturunun inkişafı, enerji şəbəkələrinin modernləşdirilməsi və sənaye sektorunda innovativ texnologiyaların tətbiqi sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşdə Azərbaycan ilə JBIC arasında əməkdaşlığın hazırda əsasən məhdud və layihə yönümlü xarakter daşıdığı, lakin xüsusilə enerji keçidi, yaşıl iqtisadiyyat və dekarbonizasiya sahələrində geniş potensialın mövcud olduğu bildirilib. Tərəflər bu əlaqələrin uzunmüddətli investisiya əməkdaşlığı çərçivəsinə keçməsinin vacibliyini vurğulayıblar.

Həmçinin, maliyyə sahəsində Azərbaycanın makroiqtisadi sabitliyi, güclü fiskal intizamı və dövlət maliyyə idarəetməsi üzrə aparılan institusional islahatlar qeyd olunub. Bildirilib ki, büdcə proseslərinin şəffaflaşdırılması, dövlət investisiya layihələrinin səmərəli idarə olunması və rəqəmsal xəzinədarlıq sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq üçün etibarlı mühit formalaşdırır.

Azərbaycan nümayəndə heyətinin üzvləri həmçinin, İnkişaf Maliyyəsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin nümayəndələri ilə görüş keçirib, Asiya İnkişaf Fondunun (ADF) Məsləhətləşmə Görüşündə iştirak ediblər.

Görüş zamanı İnkişafın Maliyyəsi üzrə Əməkdaşlıq Mərkəzinin nümayəndələri qurumun fəaliyyəti barədə ətraflı məlumat verib, Azərbaycanla mümkün əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

ADF-nin Məsləhətləşmə Görüşündə isə Fondun resurslarının daha səmərəli səfərbər edilməsi, yoxsulluğun azaldılması, insan inkişafının təşviqi, inklüzuv iqtisadi artımın dəstəklənməsi, iqlim dayanıqlığının gücləndirilməsi və fəlakət risklərinin azaldılması kimi prioritet istiqamətlər müzakirə olunub.

 

Paraqraf.com 

Loading

Visited 14 times, 4 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb
Next: Azərbaycan ADB-nin Seçki Qrupunun iclasında iştirak edib

OXŞAR MÖVZULAR

ZcejuSMu6Evw3Apdvi3M85HtztAdSuhiErh02ASB_1200

Deputat: “Ermənistanda Konstitusiyada dəyişiklik edilməsi vacibdir”

admin 05 May 2026
nXSe1cNiR9ajg9asMx3iu1akXkCwQXqeNhfNPwcH_1200

Ottava Bakı və İrəvan arasında sülh dialoqunda əldə olunan irəliləyişi alqışlayır

admin 04 May 2026
dGrlhgdud8izKlkLwJ3ZbT4W0xvay5Bc1nedqPKc_1200

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin toplantısında videobağlantı formatında çıxış edib

admin 04 May 2026

XƏBƏR LENTİ

“Mançester Siti” çempionluq uğrunda “Arsenal”la mübarizədə xal itirib kNfHmEFgmgI0WRb6NLm5yva59HMB4jTVNgtgh7bX_1200

“Mançester Siti” çempionluq uğrunda “Arsenal”la mübarizədə xal itirib

05 May 2026
Ayaz Mustafayev: “Space” televiziyasının nüfuzunu artırmaq üçün komanda ilə işləyəcəyik” IMG-20260505-WA0001

Ayaz Mustafayev: “Space” televiziyasının nüfuzunu artırmaq üçün komanda ilə işləyəcəyik”

05 May 2026
Deputat: “Ermənistanda Konstitusiyada dəyişiklik edilməsi vacibdir” ZcejuSMu6Evw3Apdvi3M85HtztAdSuhiErh02ASB_1200

Deputat: “Ermənistanda Konstitusiyada dəyişiklik edilməsi vacibdir”

05 May 2026
İbtidai sinif müəllimi Gülər Məmmədova: “Uşaq dərsdə özünü məcbur yox, maraqla iştirak edən kimi hiss etməlidir” IMG_6388

İbtidai sinif müəllimi Gülər Məmmədova: “Uşaq dərsdə özünü məcbur yox, maraqla iştirak edən kimi hiss etməlidir”

05 May 2026
Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıb – FOTOLAR 469562609_3846305112277856_1728037101812487432_n

Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıb – FOTOLAR

04 May 2026
Gömrükdə yeni qayda: 1 aylıq limit problemləri həll edəcək, yoxsa yenilərini yaradacaq? 5adc8687-6035-4076-9c16-5009fe3f3b38

Gömrükdə yeni qayda: 1 aylıq limit problemləri həll edəcək, yoxsa yenilərini yaradacaq?

04 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.