Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/İzmir ilə Bakının qardaşlaşmasının 40 illiyi ilə bağlı Türkiyədə “Azərbaycan Günləri” keçirilir
SİYASƏT

İzmir ilə Bakının qardaşlaşmasının 40 illiyi ilə bağlı Türkiyədə “Azərbaycan Günləri” keçirilir

03 May 2026 1 Min Read
PAYLAŞIN:

Bakı ilə İzmirin qardaş şəhərlər elan edilməsinin 40-cı ildönümü ilə bağlı “Azərbaycan Günləri” keçirilir.

Paraqraf.com-un xəbərinə görə, Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşəbbüsü ilə baş tutan yubiley tədbirlərinin İzmirdə açılışı olub.

İzmir Böyükşəhər Bələdiyyəsi ilə konsulluğumuzun birgə təşkilatçılığı ilə xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın “Qardaşlıq nəğmələri” başlığı altında konsert proqramı olub.

Yubiley tədbirləri çərçivəsində aşılış mərasimi İzmir Mədəniyyət Parkı Açıq Hava Teatrında baş tutub.

Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva və İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tuqay tədbirin açılışında çıxışı edərək iki ölkə arasındakı tarixi əlaqələrdən bəhs ediblər.

Bildirilib ki, İzmir ilə Bakı arasında imzalanan qardaşlıq sazişi bir sənəd deyil, ortaq tarix və mədəniyyətin təzahürüdür və bu həmrəylik ruhu hazırda ölkələrimiz arasında ən yüksən səviyyədə nümayiş olunur.

Sənətkarlarımız Alim və Fərqanə Qasımovların ifaları dinlənilib. Çoxsaylı iştirakçıların qatıldığı musiqili proqramda hər iki ölkənin bayraqları dalğalanıb, ifalar alqışlanıb.

Şəhərdə açılan İzmir və Bakının tarixi fotoşəkillərindən ibarət sərgiyə baxış da keçirilib.

Qeyd edək ki, Bakı ilə İzmirin qardaşlaşması ilə bağlı qərar 1986-cı il aprelin 29-da imzalanıb və 1986–1987-ci illərdə hər iki şəhərdə bu münasibətlə müxtəlif mədəni tədbirlər keçirilib.

Baş Konsulluqdan verilən məlumata görə, yubiley tədbirlərinin il ərzində müxtəlif proqram və layihələrlə davam etdirilməsi nəzərdə tutulur.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

Next

Antonelli “Formula 1” Mayami Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Copyright 2026— Praqraf.com. All rights reserved