Skip to content
05 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 3
  • Azərbaycan ADB-nin Seçki Qrupunun iclasında iştirak edib

Azərbaycan ADB-nin Seçki Qrupunun iclasında iştirak edib

admin 03 May 2026 2 minutes read
RoU5X8dbDqk4j7u6tJLXo6KWlcI42IlBL6bqZt99_1200
PAYLAŞIN:

Asiya İnkişaf Bankının (ADB) Özbəkistanın Səmərqənd şəhərində keçirilən 59-cu İllik Toplantısında iştirak edən maliyyə naziri Sahil Babayev bu gün Bankda Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun iclasında iştirak edib.

Paraqraf.com Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, iclasda ADB-nin strateji prioritetləri, Seçki Qrupunda təmsil olunan ölkələrdə həyata keçirilən layihələr, qlobal iqtisadiyyatın üzləşdiyi çağırışlar, eləcə də əməkdaşlığın dərinləşdirilməsi və gələcək inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.

S.Babayev Seçki Qrupu çərçivəsində formalaşmış səmərəli əməkdaşlıq platformasının üzv ölkələr arasında koordinasiyanın gücləndirilməsinə və ortaq inkişaf prioritetlərinin təşviqinə mühüm töhfə verdiyini bildirib. O, ADB ilə tərəfdaşlığın qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq prinsipləri əsasında davamlı şəkildə inkişaf etdiyini bildirib.

Nazir Azərbaycanın Orta Dəhliz çərçivəsində artan tranzit və logistika potensialına diqqət çəkərək, bu istiqamətdə ADB-nin dəstəyini xüsusi vurğulayıb, eyni zamanda nəqliyyat sektorunda rəqəmsallaşmanın tətbiqinin xidmətlərin daha səmərəli təşkilinə imkan verdiyini qeyd edib.

O, ADB-nin dəstəyi ilə həyata keçirilən dəmiryol infrastrukturunun modernləşdirilməsi, metro sisteminin genişləndirilməsi, enerji və su təsərrüfatı layihələrinin icrasının ölkəmizin iqtisadi şaxələndirmə və inklüziv artım hədəflərinə xidmət etdiyini bildirib.

Qeyd olunub ki, qlobal iqtisadi qeyri-müəyyənlik, enerji bazarlarında davam edən dəyişkənlik və geoiqtisadi risklər üzv dövlətlər qarşısında əlavə çağırışlar yaradır və bu şəraitdə makroiqtisadi sabitliyin qorunması, fiskal intizamın gücləndirilməsi və dayanıqlı infrastrukturun inkişafı xüsusi əhəmiyyət kəsb edir.

 

Paraqraf.com 

Loading

Visited 17 times, 4 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Sahil Babayev Özbəkistanda ikitərəfli görüşlər keçirib
Next: “Bakı Marafonu 2026″nın mükafatlandırma mərasimi olub, qaliblərə medalları Leyla Əliyeva təqdim edib

OXŞAR MÖVZULAR

oMVsHJM8AQCIWWnNkYcT4xyrsY5HFxnKR09KVDuj_1200

Eka Sepaşvili: İlham Əliyevin səsləndirdiyi fikirlər Avroparlamentin yürütdüyü siyasətə layiqli cavabdır

admin 05 May 2026
ZcejuSMu6Evw3Apdvi3M85HtztAdSuhiErh02ASB_1200

Deputat: “Ermənistanda Konstitusiyada dəyişiklik edilməsi vacibdir”

admin 05 May 2026
nXSe1cNiR9ajg9asMx3iu1akXkCwQXqeNhfNPwcH_1200

Ottava Bakı və İrəvan arasında sülh dialoqunda əldə olunan irəliləyişi alqışlayır

admin 04 May 2026

XƏBƏR LENTİ

Eka Sepaşvili: İlham Əliyevin səsləndirdiyi fikirlər Avroparlamentin yürütdüyü siyasətə layiqli cavabdır oMVsHJM8AQCIWWnNkYcT4xyrsY5HFxnKR09KVDuj_1200

Eka Sepaşvili: İlham Əliyevin səsləndirdiyi fikirlər Avroparlamentin yürütdüyü siyasətə layiqli cavabdır

05 May 2026
Rusiya Ukraynada “Naftoqaz”ın obyektlərinə zərbə endirib: 5 nəfər ölüb, 37 nəfər yaralanıb WJzLaCt99p1nKve1nrxo61TqYGPtKhsng32OzgZR_1200

Rusiya Ukraynada “Naftoqaz”ın obyektlərinə zərbə endirib: 5 nəfər ölüb, 37 nəfər yaralanıb

05 May 2026
Koşta: İlham Əliyevin sammitdə iştirakı Bakı və İrəvan arasında yeni atmosferi əks etdirir mGQOF9Wu8jqdAzo5lhmRURraVWoI3thwMESr1ESh_1200

Koşta: İlham Əliyevin sammitdə iştirakı Bakı və İrəvan arasında yeni atmosferi əks etdirir

05 May 2026
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib XP65O1Tjac2skvlv8QmXsvRLtdF7wTB5zU0VEUQG_1200

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

05 May 2026
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib de8UbbgnGhiRe2NrFhi9WPhOHYn1oMeQxhT6Jp3N_1200 (1)

Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib

05 May 2026
Azərbaycan taekvondoçuları Gürcüstandakı turnirdə üç medal qazanıblar rKomlqFZnlmnl03QezJLr5kEPY7vEdzfiq3b1b8k_1200

Azərbaycan taekvondoçuları Gürcüstandakı turnirdə üç medal qazanıblar

05 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.