Skip to content
02 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 2
  • MM Komissiyası: Ermənipərəst dairələr dezinformasiya vasitəsilə Ermənistanla Azərbaycan arasında kövrək sülh prosesinə zərbə vurmağa çalışır

MM Komissiyası: Ermənipərəst dairələr dezinformasiya vasitəsilə Ermənistanla Azərbaycan arasında kövrək sülh prosesinə zərbə vurmağa çalışır

admin 02 May 2026 4 minutes read
mm-bina
PAYLAŞIN:

Ermənipərəst dairələr Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa, dövlətlərarası münasibətləri korlamağa çalışırlar.

Paraqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının (Komissiya) ermənipərəst dairələr tərəfindən Azərbaycana qarşı həyata keçirilən informasiya kampaniyasına dair yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, son günlər Azərbaycanı, eləcə də Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyini hədəfləyən dezinformasiya kampaniyasının həyata keçirildiyi müşahidə edilir:

“Komissiyanın öz səlahiyyətləri çərçivəsində apardığı monitorinqlər zamanı kampaniyanın hədəfli və vahid tezis ətrafında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatları, müəyyən nüfuz və vəzifə sahibi olan xarici ölkə vətəndaşları, habelə media orqanları tərəfindən aparıldığı müəyyənləşib”.

Vurğulanıb ki, erməni lobbi təşkilatları bu dəfə qarayaxma kampaniyasını fərqli taktika seçərək bir neçə məsələ, o cümlədən qondarma “soyqırımı”, “hərbi əsirlər” və Xankəndi şəhərindəki tikililər ətrafında ajiotaj yaratmaqla aparıblar:

“Eyni zamanda, məsələ əlaqələndirlimiş kampaniya kimi görünməsin deyə iştirakçılara qapalı kanallar, elektron poçt və şifrələnmiş mesajlaşma platformaları vasitəsilə tezislərin verildiyi barədə faktlar aşkar edilib. Kampaniyada ABŞ, Avropa və Rusiyada mənzillənən erməni lobbi təşkilatları xüsusi aktivlikləri ilə seçiliblər. “X” (keçmiş “Twitter”) sosial media platformasındakı kampaniyanın son bir həftəlik təhlili göstərib ki, dezinformasiya kampaniyasında 130 fərqli hesab vasitəsilə 220-dən çox paylaşım edilib, ümumilikdə bir milyona yaxın qarşılıqlı əlaqə (reaksiya) qeydə alınıb. Paylaşımlar daha çox erməniəsilli blogerlərin, erməni xəbər saytlarının, həmçinin ermənipərəst xarici bloger və fəalların hesablarından edilib”.

Bundan əlavə, aşağıda adları çəkilən xarici ölkələrdə yerləşən, lakin o qədər də nüfuzlu olmayan bir sıra onlayn mətbu orqanlarında da oxşar tezislər əsasında yazılar gedib:

“ABŞ, Birləşmiş Krallıq, Belçika, Polşa, İtaliya, Meksika, İspaniya, Gürcüstan, İsrail, Vatikan, Yunanıstan, Hindistan, Rusiya, Ermənistan və s. Komissiyanın müəyyən etdiyi faktlar bir daha göstərir ki, şəxsi məqsədlərini hər şeydən üstün tutan və vaxtilə münaqişədən yüksək dividentlər əldə edən bu dairələr bütün vasitələrdən, o cümlədən xarici ölkə parlamentlərindəki əlaltılarının, bir sıra şəhər merlərinin, hazırda və keçmişdə müəyyən vəzifə tutan şəxslərin xidmətlərindən istifadə etməklə Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa, dövlətlərarası münasibətləri korlamağa çalışırlar”.

 

Paraqraf.com 

Loading

Visited 4 times, 4 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb
Next: Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər

OXŞAR MÖVZULAR

hqsUz12d5TVu7Roxtp1oeGWwNE0gDSVu5mcBjk1c_1200

Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər

admin 02 May 2026
LTdo1B2oArL32sidQjAjyWZOjVCcKY7qPVw886CT_1200

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

admin 02 May 2026
4yGHorRF4E0PdGTJBp08tgc5aaDoPKYv5EExDY6Z_1200

Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda döyüşün aparılması üzrə tapşırıqları yerinə yetirir

admin 02 May 2026

XƏBƏR LENTİ

Almaniya ABŞ qoşunlarının ölkədən çıxarılması fonunda Aİ-ni müdafiəni gücləndirməyə çağırıb qW29MgwSPQNyuiy7EaFsD8IlMtvb1s16lTubaJ3L_1200

Almaniya ABŞ qoşunlarının ölkədən çıxarılması fonunda Aİ-ni müdafiəni gücləndirməyə çağırıb

02 May 2026
Putin Rusiya gömrükçülərinə PUA-ları vurmağa icazə verib JSQ2PJ5wi2HY32Rn2QNFLIosS7rQdmEOZSFWMc8q_1200

Putin Rusiya gömrükçülərinə PUA-ları vurmağa icazə verib

02 May 2026
Azərbaycan banklarının xalis xarici aktivləri cüzi artıb D6ChCeEZmGs5eb8QUDAG0HdPLqyZaqajFWxOcUdU_1200

Azərbaycan banklarının xalis xarici aktivləri cüzi artıb

02 May 2026
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu il ərzində 9 %-ə yaxın artıb 35bdea60-66d3-397e-a99d-769e2006735b_1200

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu il ərzində 9 %-ə yaxın artıb

02 May 2026
Culfada kanaldan qadın meyiti tapılıb 22ml1meQ7lLhwValyr3689X40ca8RUUiSmhK6uZD_1200

Culfada kanaldan qadın meyiti tapılıb

02 May 2026
Bakıda və bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ e42e49a4-5158-3bff-8cba-6c5d0bacaa14_1200

Bakıda və bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

02 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.