Azərbaycan Milli İncəsənət Muzeyində Qərbi Azərbaycanın Göyçə və Qaraqoyunlu bölgələrinə aid “İlmələrdə yaşayan tariximiz” adlı sərginin açılış mərasimi keçirilib.
Paraqraf.com xəbər verir ki, açılış mərasimində Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Çəmbərək rayon icmasında qadınlarla iş üzrə məsul şəxs Aynurə Məhəmmədova, Çəmbərək İcmasının sədri, professor Əvəz Ələkbərov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, İcmanın sədr müavini, millət vəkili Hikmət Babaoğlu və Çəmbərək rayon icmasında mədəniyyət üzrə məsul şəxs Rüxsarə Adilqızı, Çəmbərək İcmasının beynəlxalq əlaqələr üzrə məsul şəxsi, Azərbaycan Dillər Universitetində Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, dosent Həqiqət Hacıyeva, İncəsənətin Tərəqqisinə Dəstək İctinmai Birliyinin sədri Turanə Orucova və s. çıxış ediblər.
Qeyd olunub ki, təqdim olunan xalçalar yalnız dekorativ-tətbiqi sənət nümunəsi deyil, həm də Qərbi Azərbaycanın tarixi yaddaşını, mədəni kimliyini və məişət ənənələrini yaşadan qiymətli irs nümunələridir.
Bu cür sərgilərin Azərbaycan mədəni izlərinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulandı. Eyni zamanda, xalçaçılıq sənətinin qadın yaradıcılığı ilə sıx bağlı olduğu və bu ənənənin yaşadılmasının milli irsin davamlılığı üçün xüsusi rol oynadığı diqqətə çatdırılıb.
Sərgi 3 may 2026-cı il tarixinədək davam edəcək.
Paraqraf.com
![]()
