Skip to content
02 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 2
  • Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu il ərzində 9 %-ə yaxın artıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu il ərzində 9 %-ə yaxın artıb

admin 02 May 2026 1 minute read
35bdea60-66d3-397e-a99d-769e2006735b_1200
PAYLAŞIN:

Bu il aprelin 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard 312,9 milyon manat təşkil edib.

Paraqraf.com Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 % çox, ilin əvvəli ilə müqayisədə 1,1 % çox, ötən il aprelin 1-nə nisbətən isə 8,9 % çoxdur.

Kredit qoyuluşunun 22 milyard 317,5 milyon manatı və yaxud 69,1 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 8,3 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 972,8 milyon manat təşkil edib. Bu, illik müqayisədə 9,6 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,5 %-dən 24,6 %-ə çatıb.

Aprelin 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 2 milyard 022,6 milyon manat olub. Bu, illik müqayisədə 12,2 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 6,1 %-dən 6,3 %-ə qalxıb.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 53-dür.

 

Paraqraf.com 

Loading

Visited 4 times, 4 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Culfada kanaldan qadın meyiti tapılıb
Next: Azərbaycan banklarının xalis xarici aktivləri cüzi artıb

OXŞAR MÖVZULAR

D6ChCeEZmGs5eb8QUDAG0HdPLqyZaqajFWxOcUdU_1200

Azərbaycan banklarının xalis xarici aktivləri cüzi artıb

admin 02 May 2026
Aos8AREtX3yIX8jEuD52oX0D8rHVBgN7XRhN2OFc_1200

Azərbaycanda əmlak sığortası bazarı 25 %-ə yaxın böyüyüb

admin 02 May 2026
2lw5T1o3AwnUPydxJPWL8jcZSY3Bi2eRJY8HgGdB_1200

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

admin 02 May 2026

XƏBƏR LENTİ

Almaniya ABŞ qoşunlarının ölkədən çıxarılması fonunda Aİ-ni müdafiəni gücləndirməyə çağırıb qW29MgwSPQNyuiy7EaFsD8IlMtvb1s16lTubaJ3L_1200

Almaniya ABŞ qoşunlarının ölkədən çıxarılması fonunda Aİ-ni müdafiəni gücləndirməyə çağırıb

02 May 2026
Putin Rusiya gömrükçülərinə PUA-ları vurmağa icazə verib JSQ2PJ5wi2HY32Rn2QNFLIosS7rQdmEOZSFWMc8q_1200

Putin Rusiya gömrükçülərinə PUA-ları vurmağa icazə verib

02 May 2026
Azərbaycan banklarının xalis xarici aktivləri cüzi artıb D6ChCeEZmGs5eb8QUDAG0HdPLqyZaqajFWxOcUdU_1200

Azərbaycan banklarının xalis xarici aktivləri cüzi artıb

02 May 2026
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu il ərzində 9 %-ə yaxın artıb 35bdea60-66d3-397e-a99d-769e2006735b_1200

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu il ərzində 9 %-ə yaxın artıb

02 May 2026
Culfada kanaldan qadın meyiti tapılıb 22ml1meQ7lLhwValyr3689X40ca8RUUiSmhK6uZD_1200

Culfada kanaldan qadın meyiti tapılıb

02 May 2026
Bakıda və bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ e42e49a4-5158-3bff-8cba-6c5d0bacaa14_1200

Bakıda və bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

02 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.