Skip to content
03 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 1
  • Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib

Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib

admin 01 May 2026 7 minutes read
erqY0UeyAUiwVnb66jaZodgmGOSxcRpKk1rfzqj0_1200
PAYLAŞIN:

Vatikanda Kançelleriya Sarayında aprelin 30-da Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı mərasimi olub.

Paraqraf.com xəbər verir ki, Müqəddəs Taxt-Tacın və İtaliyanın rəsmi şəxslərinin, elmi, siyasi və ictimai xadimlərin, Vatikan və İtaliyanın diplomatik korpusunun nümayəndələrinin iştirak etdiyi tədbirdə Heydər Əliyev Fondu ilə Vatikan arasındakı əməkdaşlığın tarixi və 2012-ci ildən etibarən həyata keçirilən layihələr barədə məlumat verilib. Həmçinin bu layihələri əhatə edən “Mədəniyyətlər körpüsü” (“Pontes Culturae”) kitabı, eləcə də Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında ötən illər ərzində formalaşmış dostluq və əməkdaşlıq münasibətlərini, Heydər Əliyev Fondunun Vatikandakı mədəni-humanitar təşəbbüslərini, həmçinin tarixi və dini irs nümunələrinin bərpası istiqamətində görülmüş işləri əks etdirən sənədli film təqdim olunub.

“Mədəniyyətlər körpüsü” nəşri Heydər Əliyev Fondu, Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası və Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi tərəfindən hazırlanıb. Kitabın ilk nüsxəsi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2025-ci ilin oktyabrında Vatikana səfəri çərçivəsində Roma Papası XIV Leo ilə görüşü zamanı təqdim edilmişdi.

Təqdim olunan nəşr və sənədli filmdə Azərbaycan və Vatikan arasında əlaqələrin tarixi, iki dövlət arasında münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə Vatikana ilk rəsmi səfərinin rolu, Azərbaycan və Müqəddəs Taxt-Tac ilə əməkdaşlıq, mədəniyyətlər və dinlərarası dialoqun genişlənməsinə yönələn qarşılıqlı rəsmi səfərlər barədə məlumat verilir. Həmçinin Heydər Əliyev Fondunun 2012-ci ildən Vatikanda həyata keçirdiyi layihələrin əhəmiyyəti qeyd olunur. Nəşr və sənədli filmdə Fondun Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası ilə katakombaların bərpası, Vatikan Apostol Kitabxanası ilə əlyazmaların rəqəmsallaşdırılması, Vatikan muzeylərində, eyni zamanda Müqəddəs Pyotr Kilsəsi və Müqəddəs Pavel Bazilikasında bərpa işləri, Müqəddəs Taxt-Tacın Bambino Gesu pediatrik xəstəxanası ilə əməkdaşlıq layihələri öz əksini tapıb.

Tədbir zamanı iki ölkə arasında əməkdaşlığın dərinləşməsi istiqamətində həyata keçirilən siyasətə və gorülmüş işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub.

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən indiyədək dünyanın müxtəlif regionlarında, o cümlədən Vatikanda mədəni və dini irsin qorunmasına yönələn çoxsaylı layihələr həyata keçirilib. Vurğulanıb ki, bu layihələr yalnız memarlıq abidələrinin bərpası ilə məhdudlaşmır, eyni zamanda, bəşəriyyətin ortaq yaddaşına hörmətin ifadəsi, keçmişlə gələcək arasında mənəvi dialoqun qurulması və ümumbəşəri dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Pasquale Yakobone Heydər Əliyev Fondu ilə Vatikan arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirib. Bildirilib ki, Vatikanla əməkdaşlıq 2012-ci ildə imzalanmış ilk sazişlə başlayıb və sonrakı illərdə mərhələli şəkildə genişlənərək Müqəddəs Marselino və Pyotr katakombalarının, eləcə də Müqəddəs Sebastian katakombasının bərpası və ictimaiyyət üçün açılması ilə davam etdirilib. 2016-cı, 2018-ci və 2021-ci illərdə imzalanan sazişlər bu əməkdaşlığın daha da möhkəmlənməsinə və davamlı xarakter almasına töhfə verib.

Bildirilib ki, həyata keçirilən layihələr təkcə Roma və ya katolik kilsəsi üçün deyil, bütövlükdə bəşəriyyətin ortaq irsi hesab olunur və bu baxımdan qorunması, gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət daşıyır. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və restavrasiya işləri nəticəsində yalnız abidələrin qorunması deyil, eyni zamanda elmi-tədqiqat və texnoloji sahədə də irəliləyişlər əldə olunub. Restavrasiya prosesində yeni metodların tətbiqi və əldə olunan nəticələr akademik araşdırmaların inkişafına da töhfə verib.

Apostol Kitabxanasının və Arxivlərinin rəhbəri Covanni Çezare Paqatzi çıxışında kitabxana və arxivlərin yalnız elmi-tədqiqat mərkəzləri deyil, eyni zamanda, müxtəlif mədəniyyətlər və xalqlar arasında dialoq yaradan mühüm platforma olduğunu vurğulayıb. Bildirilib ki, bu institutlarda qorunan sənədlər və əlyazmalar bəşəriyyətin ortaq yaddaşını əks etdirir və alimləri ümumi dəyərlər ətrafında birləşdirir.

Qeyd olunub ki, bu qurumlar Müqəddəs Taxt-Tacın birbaşa himayəsində olmaqla yanaşı, həm də “sülh məkanı” rolunu oynayır. Vurğulanıb ki, bu cür mədəniyyət ocaqlarına göstərilən dəstək əslində sülhə və qarşılıqlı anlaşmaya töhfə deməkdir.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxışında Fondun tarixi abidələrin bərpası sahəsində fəaliyyətini və bu layihələrin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın aparıcı rolunu qeyd edib. O vurğulayıb ki, Vatikanla əməkdaşlığın davamı olaraq, Vatikanın Müqəddəs Pavel Bazilikasında yerləşən dörd abidənin bərpası ilə bağlı yeni müqavilələr imzalanıb və yaxın gələcəkdə bərpa və restavrasiya olunmuş abidələrin yerli qurumların iştirakı ilə təqdimatı planlaşdırılır. Anar Ələkbərov, həmçinin qeyd edib ki, Heydər Əliyev Fondu yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində mədəni irsin qorunması istiqamətində layihələr həyata keçirir və bu sahədə fəaliyyətin genişləndirilməsi nəzərdə tutulur.

Daha sonra Heydər Əliyev Fondunun yəhudilik, xristianlıq və İslam dinlərinə həsr edilmiş “Səmavi dinlər” layihəsi çərçivəsində ərsəyə gətirilmiş triptix xalça kompozisiyası nümayiş olunub. Hər üç xalça özündə fərqli dinləri və mədəniyyətləri simvollaşdırır, lakin bir araya gələndə insanlığın ortaq dəyərlərini – sülhü, mərhəməti və ədaləti ifadə edir. Layihə Azərbaycan mədəniyyətinin dərinliyindən gələn universal dəyərlərin, mədəni diplomatiya strategiyasının təcəssümüdür.

 

Paraqraf.com 

Loading

Visited 23 times, 5 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Aİ səfiri Azərbaycan XİN-ə çağırılıb, ona etiraz notası təqdim olunub
Next: Hikmət Hacıyev: Azərbaycan Ermənistan da daxil bütün qonşularla dostluq münasibətləri qurub

OXŞAR MÖVZULAR

hqsUz12d5TVu7Roxtp1oeGWwNE0gDSVu5mcBjk1c_1200

Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər

admin 02 May 2026
mm-bina

MM Komissiyası: Ermənipərəst dairələr dezinformasiya vasitəsilə Ermənistanla Azərbaycan arasında kövrək sülh prosesinə zərbə vurmağa çalışır

admin 02 May 2026
LTdo1B2oArL32sidQjAjyWZOjVCcKY7qPVw886CT_1200

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

admin 02 May 2026

XƏBƏR LENTİ

Almaniya ABŞ qoşunlarının ölkədən çıxarılması fonunda Aİ-ni müdafiəni gücləndirməyə çağırıb qW29MgwSPQNyuiy7EaFsD8IlMtvb1s16lTubaJ3L_1200

Almaniya ABŞ qoşunlarının ölkədən çıxarılması fonunda Aİ-ni müdafiəni gücləndirməyə çağırıb

02 May 2026
Putin Rusiya gömrükçülərinə PUA-ları vurmağa icazə verib JSQ2PJ5wi2HY32Rn2QNFLIosS7rQdmEOZSFWMc8q_1200

Putin Rusiya gömrükçülərinə PUA-ları vurmağa icazə verib

02 May 2026
Azərbaycan banklarının xalis xarici aktivləri cüzi artıb D6ChCeEZmGs5eb8QUDAG0HdPLqyZaqajFWxOcUdU_1200

Azərbaycan banklarının xalis xarici aktivləri cüzi artıb

02 May 2026
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu il ərzində 9 %-ə yaxın artıb 35bdea60-66d3-397e-a99d-769e2006735b_1200

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu il ərzində 9 %-ə yaxın artıb

02 May 2026
Culfada kanaldan qadın meyiti tapılıb 22ml1meQ7lLhwValyr3689X40ca8RUUiSmhK6uZD_1200

Culfada kanaldan qadın meyiti tapılıb

02 May 2026
Bakıda və bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ e42e49a4-5158-3bff-8cba-6c5d0bacaa14_1200

Bakıda və bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

02 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.