Ukrayna pilotsuz uçuş aparatları ilə Tuapsedəki (Rusiya) dəniz terminalının ərazisinə zərbə endirib, nəticədə yanğın baş verib.
Paraqraf.com xəbər verir ki, bu barədə Krasnodar diyarının operativ qərargahının Telegram kanalındakı məlumatında deyilir.
“Ukraynanın PUA hücumu nəticəsində Tuapsedə dəniz terminalının ərazisində yanğın baş verib”, – məlumatda qeyd olunur.
Xəsarət alan yoxdur.
Yanğının söndürülməsinə 128 canlı qüvvə və 41 texnika cəlb olunub.
Paraqraf.com
![]()
Visited 4 times, 4 visit(s) today
