Skip to content
01 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 1
  • Bakıda zərərli informasiyaya qarşı birgə mübarizə mövzusunda panel müzakirə keçirilib

Bakıda zərərli informasiyaya qarşı birgə mübarizə mövzusunda panel müzakirə keçirilib

admin 01 May 2026 3 minutes read
1777617652_34-780x470
PAYLAŞIN:

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum çərçivəsində “Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə” adlı panel sessiya keçirilib.

Paraqraf.com xəbər verir ki, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, vətərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova çıxışında rəqəmsal təhlükəsizlik məsələsinin təhsil sistemində bir komponentə çevrildiyini bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, bu yöndə sistemli layihələr artıq başlayıb, təhsil sistemində rəqəmsal savadlılıq üçün struktur yaradılıb:

“Ölkədə təxminən 4400 məktəbdən 2500-dən çoxu internetlə təmin edilib. Ümumtəhsil müəssisəsilərinin 90 faizdən çoxu internetlə təmin edilib”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov çıxışında qeyd edib ki, uşaqların müdafiəsi ilə bağlı Azərbaycanda 11 qurum çalışır:

“Bəzi risklər var ki, hökumət tək onun qarşısını ala bilmir. Bu, reallıqdır. Uşaqlar üçün sosial şəbəkələrdə risklər var. Bəzi ölkələr artıq bununla bağlı məhdudiyyətlər tətbiq etməyə başlayıb”.

Dövlət Komitəsi rəsmisinin sözlərinə görə, qadınlara qarşı teleqram və digər sosial şəbəkələrdəki risklər yarandıqda, aidiyyəti qurumlar problemi birlikdə həll edir:

“Dövlət və ya beynəlxalq qurumlar arasında əməkdaşlıqla bağlı bölgü aparmalıyıq. Təhlükəsizlik məsələsi uşaqlara və qadınlara qarşı olmaqla bölünməlidir”.

O, sözügedən məsələ ilə bağlı medianın fəaliyyətinə toxunaraq bildirib ki, gender əsaslı zorakılıq növlərindən çəkinmək lazımdır:

“Cinayət işi bitməyənədək ad, soyad, yetinlik yaşına çatmayan şəxs barəsində məlumatlarda diqqətli olmaq lazımdır. “Qadın oğru” kimi ifadələr işlədilən xəbər başlıqlarına rast gəlinir. Bu, diskriminasiyadır. Təəssüf ki, bəzi media orqanlarında bundan reklam vasitəsilə isttifadə edilir. Bizim üçün prioritet ailə, qadın və uşaqlardır”.

O həmçinin qeyd edib ki, Azərbaycan dilində platformalar olduqca azdır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və təhqiqat sektorunun müdiri Esmira Qasımova vurğulayıb ki, müxtəlif sosial platformalarda uşaqlar, böyüklər kiberbullinqə məruz qala bilir:

“Buna qarşı ən güclü mübarizə isə maarifləndirmədir. İnsana texnologiya yox, insan hücum edir. Qurumlararası əməkdaşlıq önəmlidir, xüsusilə də media sahəsində. Burada ailə institutlarının da üzərinə böyük məsuliyyət düşür, onlar nəzarətçi, bələdçi olmalıdır”.

Panel sual-cavabla davam etdirilib.

 

Paraqraf.com 

Loading

Visited 3 times, 3 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Sabirabadda Kür çayı məcrasından çıxıb
Next: İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

OXŞAR MÖVZULAR

6cfa4b76-74f1-39d8-a593-3838e9591392_1200

Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

admin 01 May 2026
29JfZPTR7BMg1J0fvQ89FpBjJbJG2VzlHhYWi0hD_1200

MM DGK-nın səlahiyyətlərinin genişləndirilməsini I oxunuşda qəbul edib

admin 01 May 2026
277a64f4-30a3-3c06-8b3e-4b6da8d16a94_1200

TƏBİB-in icraçı direktoruna müavin təyin olunub

admin 01 May 2026

XƏBƏR LENTİ

Hacıyev Qarabağ Universitetinin xarici ali məktəblərlə əməkdaşlığına çağırıb 2bc3e090-1ae9-3a01-a9fa-4f081491f96e_850

Hacıyev Qarabağ Universitetinin xarici ali məktəblərlə əməkdaşlığına çağırıb

01 May 2026
Hacıyev: Azərbaycan WUF13-də öz bərpa təcrübəsini bölüşməyə hazırdır IMG_20260501_161836

Hacıyev: Azərbaycan WUF13-də öz bərpa təcrübəsini bölüşməyə hazırdır

01 May 2026
Hikmət Hacıyev: Azərbaycan Ermənistan da daxil bütün qonşularla dostluq münasibətləri qurub 1777634923487-u9tr5hecffm

Hikmət Hacıyev: Azərbaycan Ermənistan da daxil bütün qonşularla dostluq münasibətləri qurub

01 May 2026
Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib erqY0UeyAUiwVnb66jaZodgmGOSxcRpKk1rfzqj0_1200

Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib

01 May 2026
Aİ səfiri Azərbaycan XİN-ə çağırılıb, ona etiraz notası təqdim olunub a5b99ca6-6855-3786-afc4-ad464a0e3162_1200

Aİ səfiri Azərbaycan XİN-ə çağırılıb, ona etiraz notası təqdim olunub

01 May 2026
Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə əməkdaşlığı müzakirə edib ciGlDH93CsUgXsPy63mZv11KqjSMN4S9OJma2YJW_1200

Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə əməkdaşlığı müzakirə edib

01 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.