Rusiyada “Rospotrebnadzor”un sorğusu əsasında Ermənistanın təxminən 1,1 milyon şüşədən ibarət “Cermuk” mineral suyunun satışı məhdudlaşdırılıb.
Paraqraf.com xəbər verir ki, bu barədə Rusiyanın RBK agentliyinə “Rospotrebnadzor”un (Rusiya Federasiyasının İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti) mətbuat xidmətindən bildirilib.
Məlumata görə, satışa qadağa 2025-ci il oktyabrın 23-dən 2026-cı il martın 27-dək buraxılmış yeni əmtəə partiyalarının yoxlanışının nəticələrinə əsasən tətbiq edilib.
Qurumdan bildirilib ki, nümunələrin laborator tədqiqatları onların məcburi normativ tələblərə uyğun gəlmədiyini göstərib. Tədbirlər istehlakçıların həyat və sağlamlığına potensial təhlükənin qarşısını almaq məqsədilə görülüb.
Daha əvvəl, aprelin 27-də 338 min şüşənin satışı dayandırılmışdı. RBK qeyd edib ki, beləliklə, müvəqqəti məhdudiyyət tətbiq edilən məhsulların ümumi sayı 1,4 milyon ədədə çatıb.
Paraqraf.com
![]()
