Skip to content
30 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 30
  • “Musa peyğəmbər də rəhbər olsa, İsrail Livan və Suriyanı rahat buraxmaz” – Politoloqdan açıqlama

“Musa peyğəmbər də rəhbər olsa, İsrail Livan və Suriyanı rahat buraxmaz” – Politoloqdan açıqlama

admin 30 Aprel 2026 4 minutes read
IMG-20260430-WA0000
PAYLAŞIN:

Yaxın Şərqdə gərginliklər uzun illərdir regional sabitliyə təsir göstərən əsas amillərdən biri olaraq qalır. Bu kontekstdə İsrail və Livan arasındakı münasibətlər xüsusilə həssas xarakter daşıyır. Sərhəd mübahisələri, təhlükəsizlik narahatlıqları və bölgədə fəaliyyət göstərən silahlı qruplar iki ölkə arasında vaxtaşırı gərginliyin artmasına səbəb olur. İsrailin təhlükəsizlik prioritetləri ilə Livanın daxili siyasi və hərbi balansı arasındakı ziddiyyətlər bu münasibətləri daha da mürəkkəbləşdirir.

Politoloq Tural İrfan “Paraqraf.com”a bildirib ki, İsrail dünyada konstitusiyası olmayan və sərhədləri rəsmi şəkildə məlum olmayan azsaylı dövlətlərdən biridir:

“Əsasən dini mətnlərlə idarə olunur. Dini mətnlərə görə də Nil və Fərat çayları arasındakı ərazilər İsrailə aid hesab olunur və guya bu torpaqlar onlara Tanrı tərəfindən vəd olunub. Sözügedən ərazilərdə yerləşən ölkələri tədricən ələ keçirib “Böyük İsrail” qurmağı uzunmüddətli məqsəd qoyublar. Ona görə də İsrailin qonşu ərəb ölkələri və region dövlətləri ilə hər zaman problemi olacaq. Hazırkı proseslər savaş, sülh, atəşkəs kimi məsələlər mövsümi və müvəqqətidir.

Buna baxmayaraq, İranın dəstək verdiyi Hizbullah kimi təşkilatların silahlı fəaliyyətindən də İsrail hər zaman bəhanə kimi istifadə edib. Bu təşkilatın ləğvi üçün hələlik İsrail Livan hökuməti ilə münasibətləri normallaşdırmağa çalışır. Hizbullah susduqdan sonra isə hədəf Livan hökumətinin özü ola bilər. Vaxtilə Suriyada bu nümunə baş verdi. Bütün terrorçu qurumlar ləğv edilib, Əsəd devrilsə belə İsrail indiki hakimiyyəti də tanımır, hücumlar həyata keçirib əraziləri zəbt edir. Hədəf isə həmin ölkələrin torpaqlarıdır”.

O qeyd edib ki, Livan və Suriya kimi İsrailin işğal hədəfində olan ölkələrə lap Musa peyğəmbər də başçılıq etsə, İsrail yenə də onları rahat buraxmayacaq:

“Mütəmadi olaraq İrandan sonra hədəfin Türkiyə olacağı ilə bağlı açıqlamalar verilir. Hələlik isə böyük hədəf İrandır. İsrail İranla bağlı gərginlikdən çıxana qədər Livanla münasibətlərin nizamlanmasını istəyir. Çünki bir neçə cəbhədə savaşmaq iqtidarında deyil. Bölgə ölkələri ilə hələlik vəziyyəti stabil saxlamağa çalışacaq. Çünki Livan və Suriya qonşuluğundadır və istədiyi zaman hücum edə bilir.

İrandan sonra Türkiyənin hədəf olması məsələsində əsasən Suriya üzərindən münaqişənin baş verə biləcəyi hesablanır. İranla məsələni həll etdikdən sonra ona bağlı Hizbullah kimi proksilər də sıradan çıxmış olur və nəticədə hədəf kimi Suriya seçilir. Colan təpələri üzərində İsrail ilə Suriyanın nə vaxtsa toqquşması qaçılmaz ola bilər. Bu halda da Türkiyənin prosesə müdaxiləsi böyük ehtimaldır.

Lakin bütün planların əksinə olaraq, əgər Livan tərəfi bacarsa, danışıqlar nəticəsində qarant dövlətlər vasitəsilə qarşılıqlı münasibətlər qurar, əsas problem hesab olunan Hizbullah məsələsi həll edilər. Nəticədə Livanın İsraillə sərhəd məsələləri də həllini tapmış olar”.

Siyasi şərhçinin fikrincə, İsrail müharibəyə aparan planlarını kənara qoyarsa, Livanla və Suriya ilə normal əlaqələr qurula bilər:

“Ona görə də İsrailin dövlət sərhədləri müəyyən olunmalıdır ki, qonşu ölkələrə ərazi iddiası mübahisə və müharibə predmetinə çevrilməsin”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 3 times, 3 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan Mərkəzi Bankı BOKT-lardan birinin vəzifəli şəxsini cərimələyib
Next: Azərbaycan qızıl ixracından gəlirini 46 %-dən çox artırıb

OXŞAR MÖVZULAR

5CvpvTG9aMvXxuEVGOsmyTu3x6xj3Vc1SLitpslv_1200

Kəmaləddin Heydərov Naxçıvanda vətəndaşları qəbul edib

admin 30 Aprel 2026
hxw9id4tUS1R1gIuyIxtiLdSazVyxzRcSLefr2BT_1200

Azərbaycan Mərkəzi Bankı BOKT-lardan birinin vəzifəli şəxsini cərimələyib

admin 30 Aprel 2026
JJjbzgN0TSCfwr71Ys9OLph4usVPao3uS223K9qc_1200

Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub

admin 30 Aprel 2026

XƏBƏR LENTİ

Kəmaləddin Heydərov Naxçıvanda vətəndaşları qəbul edib 5CvpvTG9aMvXxuEVGOsmyTu3x6xj3Vc1SLitpslv_1200

Kəmaləddin Heydərov Naxçıvanda vətəndaşları qəbul edib

30 Aprel 2026
Günay Əfəndiyeva Türkiyə XİN-in Diplomatiya Akademiyasının rəhbər və tələbə heyəti ilə görüşüb njjgzOFY6RrfcEvxItTMYZBiZAGv0ypCqv52thQE_1200

Günay Əfəndiyeva Türkiyə XİN-in Diplomatiya Akademiyasının rəhbər və tələbə heyəti ilə görüşüb

30 Aprel 2026
Elçin Əmirbəyov İtaliyada Azərbaycanın regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri barədə danışıb TtunPSqBCqRg32ROBOFVGuIg2dbasLi4Hx8cUVsA_1200

Elçin Əmirbəyov İtaliyada Azərbaycanın regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri barədə danışıb

30 Aprel 2026
Sumqayıtda 1800 abonentin qazı kəsiləcək 1607d7f8-44d6-3917-b862-3200ac354a5f_1200

Sumqayıtda 1800 abonentin qazı kəsiləcək

30 Aprel 2026
“20 Yanvar”ı Masazırla əlaqələndirən avtobuslar yenilənir 8gdKcC1viCGxhVlpVIni5OJaf3d8EXiSoMV4P2vZ_1200

“20 Yanvar”ı Masazırla əlaqələndirən avtobuslar yenilənir

30 Aprel 2026
“AzerGold”un ixrac gəlirləri 24 %-ə yaxın artıb f61ef827-a147-3984-8290-eaedc7d8c826_1200

“AzerGold”un ixrac gəlirləri 24 %-ə yaxın artıb

30 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.