Skip to content
30 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 30
  • Həftəsonu 21-i əcnəbi olmaqla 1702 namizəd rezidentura imtahanı verəcək

Həftəsonu 21-i əcnəbi olmaqla 1702 namizəd rezidentura imtahanı verəcək

admin 30 Aprel 2026 3 minutes read
EAoqkLMlTEZ7LLQdu52mRjNuCDIG0j2E9JXQk3tD_1200
PAYLAŞIN:

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 3-də rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçiriləcək.

Paraqraf.com xəbər verir ki, imtahanda 1702 namizəd iştirak edəcək. Onlardan 1308 nəfər Azərbaycan, 394 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 700 nəfəri oğlan, 1002 nəfəri isə qızdır. 301 nəfər cari ilin, 760 nəfər əvvəlki illərin məzunudur. 641 nəfər növbəti illərdə məzun olacaq tələbələrdir. 21 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi“ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– şəxsiyyəti təsdiq edən sənədin əsli;

– “İmtahana buraxılış vərəqəsi”.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanların keçirilməsi üçün, ümumilikdə 7 imtahan binası, 19 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 152 nəzarətçi, 19 buraxılış rejimi əməkdaşı (mühafizə) və 7 bina nümayəndəsi ayrılıb.

 

Paraqraf.com 

Loading

Visited 2 times, 2 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Oğuzda narkokuryerlikdə təqsirləndirilən şəxslər həbs olunub
Next: DİN qanunsuz silah-sursatın könüllü təhvil verilməsi üçün vətəndaşlara çağırış edib

OXŞAR MÖVZULAR

1777030768.1657106767_azedu.az_1652971531_muellimler_imtahan_180718_153

Naxçıvanda müəllimlərin sertifikatlaşdırma imtahanlarına start verilir

admin 29 Aprel 2026
ujwOcSo4VLTIxYtIzXB2JEYWS2ZV7UH5V8Ss5RoI_1200

NDU Çinin daha bir universiteti ilə çoxşaxəli əməkdaşlığa başlayır

admin 29 Aprel 2026
8xh2mGqeQ8ONVJX4gudAoyRpMmXBrGHtCAhRshfs_1200

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

admin 29 Aprel 2026

XƏBƏR LENTİ

Kəmaləddin Heydərov Naxçıvanda vətəndaşları qəbul edib 5CvpvTG9aMvXxuEVGOsmyTu3x6xj3Vc1SLitpslv_1200

Kəmaləddin Heydərov Naxçıvanda vətəndaşları qəbul edib

30 Aprel 2026
Günay Əfəndiyeva Türkiyə XİN-in Diplomatiya Akademiyasının rəhbər və tələbə heyəti ilə görüşüb njjgzOFY6RrfcEvxItTMYZBiZAGv0ypCqv52thQE_1200

Günay Əfəndiyeva Türkiyə XİN-in Diplomatiya Akademiyasının rəhbər və tələbə heyəti ilə görüşüb

30 Aprel 2026
Elçin Əmirbəyov İtaliyada Azərbaycanın regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri barədə danışıb TtunPSqBCqRg32ROBOFVGuIg2dbasLi4Hx8cUVsA_1200

Elçin Əmirbəyov İtaliyada Azərbaycanın regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri barədə danışıb

30 Aprel 2026
Sumqayıtda 1800 abonentin qazı kəsiləcək 1607d7f8-44d6-3917-b862-3200ac354a5f_1200

Sumqayıtda 1800 abonentin qazı kəsiləcək

30 Aprel 2026
“20 Yanvar”ı Masazırla əlaqələndirən avtobuslar yenilənir 8gdKcC1viCGxhVlpVIni5OJaf3d8EXiSoMV4P2vZ_1200

“20 Yanvar”ı Masazırla əlaqələndirən avtobuslar yenilənir

30 Aprel 2026
“AzerGold”un ixrac gəlirləri 24 %-ə yaxın artıb f61ef827-a147-3984-8290-eaedc7d8c826_1200

“AzerGold”un ixrac gəlirləri 24 %-ə yaxın artıb

30 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.