Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Günay Əfəndiyeva Türkiyə XİN-in Diplomatiya Akademiyasının rəhbər və tələbə heyəti ilə görüşüb
SİYASƏT

Günay Əfəndiyeva Türkiyə XİN-in Diplomatiya Akademiyasının rəhbər və tələbə heyəti ilə görüşüb

30 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Türkiyənin Ankara şəhərinə səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının rəhbəri İsmayıl Hakkı Musa ilə görüşüb.

Paraqraf.com xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Türkiyənin hərtərəfli əməkdaşlığının günü-gündən daha da möhkəmləndirilməsi, parlament diplomatiyası, eləcə də ortaq mədəni irsin təbliği məsələləri müzakirə olunub.

Qarşılıqlı dialoq və fikir mübadiləsi şəraitində gerçəkləşən görüşdə deputat Azərbaycan–Türkiyə münasibətlərinin strateji dərinliyi və Türk Dünyasının gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüb:

“Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər klassik diplomatik çərçivələri aşaraq, ortaq tarix, dil və mədəniyyətin üzərində yüksələn güclü qardaşlıq nümunəsidir. İki dövlətin tərəfdaşlığı beynəlxalq münasibətlərin ən səmimi və güclü təzahürlərindən biri kimi çıxış edir”.

G.Əfəndiyeva 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Prezident Rəcəb Tayyip Erdoğanın rəhbərliyi ilə Azərbaycana verdiyi qətiyyətli mənəvi dəstəyin iki ölkənin qardaşlığını bütün dünyaya nümayiş etdirdiyini bildirib.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən “Türk dünyası bizim ailəmizdir” ifadəsi artıq Azərbaycan–Türkiyə qardaşlığını daha geniş coğrafiyada – bütün Türk Dünyasını əhatə edən diplomatik həmrəylik modelinə çevirir.

Günay Əfəndiyeva bildirib ki, sovet dövründə türk xalqları arasında parçalanmış əlaqələr bu gün müstəqil türk dövlətlərinin iradəsi ilə yenidən bərpa olunub və artıq Türk əməkdaşlıq təşkilatları vasitəsilə sistemli əməkdaşlıq daha da möhkəmlənir:

“Hər il Türk dövlətlərinin rəhbərləri Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən Zirvə toplantılarında bir araya gəlirlər. Bu görüşlərdə ortaq gündəm və gələcək perspektivlər müzakirə olunur, tranzit, logistika, enerji, ticarət, investisiya, rəqəmsallaşma və mədəniyyət kimi müxtəlif sahələrdə əməkdaşlığa dair mühüm sənədlər imzalanır”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Elçin Əmirbəyov İtaliyada Azərbaycanın regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri barədə danışıb

Next

Kəmaləddin Heydərov Naxçıvanda vətəndaşları qəbul edib

Copyright 2026— Praqraf.com. All rights reserved