Türkiyənin xarici işlər naziri Hakan Fidanla ispaniyalı həmkarı Xose Manuel Albares arasında telefon danışığı baş tutub.
Paraqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Öncü Keçeli “X” sosial media hesabında məlumat paylaşıb.
Keçelinin sözlərinə görə, telefon danışığı zamanı İsrailin beynəlxalq sularda “Qlobal Sumud Donanması”na müdaxilə etməsi müzakirə olunub. Nazirlər İsrailin bu davranışının mülki şəxslərin həyatı üçün təhlükə törətdiyini bildiriblər.
“Beynəlxalq ictimaiyyətin hüquqazidd olan bu müdaxiləyə qarşı birgə mövqe sərgiləməyinin vacibliyinə diqqət çəkilib”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, mediada İsrailin aprelin 29-da Qəzzaya humanitar yardım aparan 58 gəmidən ibarət “Qlobal Sumud Donanması”na müdaxilə etdiyinə dair məlumat yayılıb.
Paraqraf.com
![]()
