Skip to content
30 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 30
  • Elçin Əmirbəyov İtaliyada Azərbaycanın regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri barədə danışıb

Elçin Əmirbəyov İtaliyada Azərbaycanın regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri barədə danışıb

admin 30 Aprel 2026 5 minutes read
TtunPSqBCqRg32ROBOFVGuIg2dbasLi4Hx8cUVsA_1200
PAYLAŞIN:

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyaya baş tutmuş işgüzar səfəri çərçivəsində ölkənin bır sıra rəsmi şəxsləri ilə görüş keçirib.

Paraqraf.com-un məlumatına görə, E. Əmirbəyov ölkənin Baş nazirinin diplomatik müşaviri Fabrizio Saggio, xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Cirielli, Senatın sədr müavini Licia Ronzulli, Deputatlar Palatasının sədr müavini Giorgio Mulè və Senatın Xarici əlaqələr və müdafiə komitəsinin sədri Maurizio Gasparri ilə görüşüb.

Səfər zamanı, həmçinin İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun İtaliya tərəfdən üzvləri, eləcə də İtaliya Parlamentinin digər deputatlarının iştirakı ilə işçi nahar təşkil olunub.

Görüşlər zamanı Azərbaycan ilə İtaliya arasında çoxşaxəli strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Siyasi dialoqun daha da gücləndirilməsi, enerji, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, yüksək texnologiyalar və digər perspektivli sahələrdə əməkdaşlığın genişləndirilməsi, habelə ikitərəfli gündəlikdə duran digər aktual məsələlər müzakirə olunub.

İtaliya tərəfi Azərbaycan ilə müxtəlif sahələrdə formalaşmış səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bu tərəfdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bildirib.

Azərbaycan və İtaliya arasında ən yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfər və təmasların iki ölkə arasında çoxşaxəli strateji tərəfdaşlığın irəlilədilməsində oynadığı vacib rol vurğulanıb. Bu xüsusda İtaliya Respublikasının Baş naziri Gorgia Meloninin cari ilin may ayının əvvəlində Azərbaycana nəzərdə tutulan rəsmi səfərinin mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb və ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldilməsinə əlavə təkan verəcəyinə əminlik ifadə olunub.

Danışıqlar zamanı parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin vacib tərkib hissələrindən biri olduğu vurğulanıb. Azərbaycan və İtaliya parlamentləri arasında həm ikitərəfli müstəvidə, həm də müvafiq beynəlxalq təşkilatlar çərçivəsində formalaşmış uğurlu əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərdə Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərə də toxunulub. İtaliya tərəfi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, eləcə də Orta Dəhlizin inkişafında, Avropa ilə Asiya arasında nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsində və Mərkəzi Asiyaya çıxış imkanlarının genişləndirilməsində oynadığı mühüm rolu xüsusi vurğulayıb. Hazırkı geosiyasi vəziyyət fonunda Azərbaycan tərəfindən Avropaya, o cümlədən İtaliyaya enerji məhsullarının ixracına marağın daha da artdığı diqqətə çatdırılıb.

Aİ ilə Azərbaycan arasında münasibətlərdə son zamanlar müşahidə olunan müsbət dinamika İtaliya tərəfindən alqışlanıb və tərəflərin maraqlarına cavab verən vacib sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə dəstək ifadə olunub.

Səfər zamanı aparılmış danışıqlar çərçivəsində Elçin Əmirbəyov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda əldə olunmuş razılaşmalar, davamlı sülhün bərqərar olması istiqamətində növbəti addımlar və gözləntilər barədə ətraflı məlumat verib.

O, cari il ərzində Ermənistanda keçiriləcək parlament seçkilərinin və bu ölkənin yeni konstitusiyasının qəbul edilməsi üçün keçiriləcək referendumun nəticələrinin iki ölkə arasında sülh sazişinin imzalanması, beləliklə də regionda uzunmüddətli və dönməz sülhün təmin olunması baxımından vacib rol oynayacağını diqqətə çatdırıb. İtaliya tərəfi Azərbaycanın regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səylərini dəstəklədiyini vurğulayıb və sülh sazişinin yaxın zamanda imzalanacağına ümidvar olduğunu ifadə edib.

Elçin Əmirbəyov səfər çərçivəsində İtaliyanın nüfuzlu beyin mərkəzlərindən biri olan Beynəlxalq Təşkilatlar Cəmiyyətində (Italian Society for International Organizations) təşkil olunmuş dəyirmi masada çıxış edib, “La Repubblica” qəzetinə və “Formiche” nəşrinə müsahibələr verib.

 

Paraqraf.com 

Loading

Visited 3 times, 3 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Sumqayıtda 1800 abonentin qazı kəsiləcək
Next: Günay Əfəndiyeva Türkiyə XİN-in Diplomatiya Akademiyasının rəhbər və tələbə heyəti ilə görüşüb

OXŞAR MÖVZULAR

njjgzOFY6RrfcEvxItTMYZBiZAGv0ypCqv52thQE_1200

Günay Əfəndiyeva Türkiyə XİN-in Diplomatiya Akademiyasının rəhbər və tələbə heyəti ilə görüşüb

admin 30 Aprel 2026
pYKwE3sdrWbwUEBlGDETiZLlRxrcGkQuRo4VJeBk_1200

Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini çox mühüm hadisə adlandırıb

admin 30 Aprel 2026
JLOtdkaIOAR3FdyG5dvrp9qVAut9SvGQEZg2MvXv_1200

Ceyhun Bayramov koreyalı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib

admin 29 Aprel 2026

XƏBƏR LENTİ

Kəmaləddin Heydərov Naxçıvanda vətəndaşları qəbul edib 5CvpvTG9aMvXxuEVGOsmyTu3x6xj3Vc1SLitpslv_1200

Kəmaləddin Heydərov Naxçıvanda vətəndaşları qəbul edib

30 Aprel 2026
Günay Əfəndiyeva Türkiyə XİN-in Diplomatiya Akademiyasının rəhbər və tələbə heyəti ilə görüşüb njjgzOFY6RrfcEvxItTMYZBiZAGv0ypCqv52thQE_1200

Günay Əfəndiyeva Türkiyə XİN-in Diplomatiya Akademiyasının rəhbər və tələbə heyəti ilə görüşüb

30 Aprel 2026
Elçin Əmirbəyov İtaliyada Azərbaycanın regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri barədə danışıb TtunPSqBCqRg32ROBOFVGuIg2dbasLi4Hx8cUVsA_1200

Elçin Əmirbəyov İtaliyada Azərbaycanın regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri barədə danışıb

30 Aprel 2026
Sumqayıtda 1800 abonentin qazı kəsiləcək 1607d7f8-44d6-3917-b862-3200ac354a5f_1200

Sumqayıtda 1800 abonentin qazı kəsiləcək

30 Aprel 2026
“20 Yanvar”ı Masazırla əlaqələndirən avtobuslar yenilənir 8gdKcC1viCGxhVlpVIni5OJaf3d8EXiSoMV4P2vZ_1200

“20 Yanvar”ı Masazırla əlaqələndirən avtobuslar yenilənir

30 Aprel 2026
“AzerGold”un ixrac gəlirləri 24 %-ə yaxın artıb f61ef827-a147-3984-8290-eaedc7d8c826_1200

“AzerGold”un ixrac gəlirləri 24 %-ə yaxın artıb

30 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.