Ötən gün polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 13 avtomat, 1 tapança, 2 qumbara, 4 tüfəng, 9 patron darağı və 418 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
DİN-in Mətbuat Xidmətindən Paraqraf.com-a bildirilib ki, odlu silah və sursatın qanunsuz saxlanılması və daşınması qanunvericiliyə əsasən cinayət məsuliyyəti yaradır.
Qeyd edilib ki, bu cür vasitələrin könüllü təhvil verilməsi isə şəxsi məsuliyyətdən azad edir:
“Vətəndaşlara tövsiyə olunur ki, istifadəsiz və ya qanunsuz saxlanılan silah-sursat barədə dərhal polis orqanlarına məlumat versinlər. Bu, həm hüquqi məsuliyyətdən azad olmaq, həm də ictimai təhlükəsizliyin qorunmasına töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.
Polis əməkdaşları tərəfindən qanunsuz silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir”.
Paraqraf.com
![]()
