Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək.
Paraqraf.com xəbər verir ki, bu ölkəyə 7 vaqon taxıl və gübrə tədarük olunacaq.
Qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Xatırladaq ki, sonuncu dəfə aprelin 24-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 350 ton Rusiya buğdası göndərilib.
Paraqraf.com
![]()
Visited 3 times, 3 visit(s) today
