Azərbaycan Mərkəzi Bankı (AMB) “Kredaqro” MMC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
Paraqraf.com bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı cari nəzarət tədbirləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 22.1-ci maddəsinin və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması halları aşkarlanıb. Nəticədə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, “Kredaqro”nun vəzifəli şəxsi 10 min manat cərimə olunub.
Paraqraf.com
![]()
Visited 2 times, 2 visit(s) today
