Ukraynanın dünya dövlətlərinin güzəştsiz dəstəyinə ehtiyacı var.
Paraqraf.com “Sky News”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Kralı III Çarlz ABŞ Konqresindəki çıxışında bildirib.
2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş vermiş terror aktlarından danışan III Çarlz qeyd edib ki, Böyük Britaniya və ABŞ terror qarşısında birləşib.
“Bu gün Ukraynanın və cəsur vətəndaşlarının müdafiəsi üçün eyni sarsılmaz qətiyyət lazımdır. O, həqiqətən ədalətli və davamlı sülhü təmin etmək üçün lazımdır”, – Britaniya Kralı bildirib.
Agentlik yazır ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra Rusiya-Ukrayna münaqişəsində Kiyevin əsas hərbi müttəfiqi olan ABŞ digər qlobal münaqişələrə üstünlük verərək öz iştirak və dəstək səviyyəsini azaltmağa çalışır.
Britaniya Kralı 2022-ci ildə Rusiyanın genişmiqyaslı müdaxiləsi ilə üzləşəndən bəri Ukraynanı və onun xalqını fəal şəkildə dəstəkləyir.
Paraqraf.com
![]()
