Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Fərid Qayıbov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir”
İDMAN

Fərid Qayıbov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir”

29 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir.

Paraqraf.com xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

Qarabağın dilbər guşəsi Suqovuşanda təşkil olunan yarışdan öncə ön sözlə çıxış edən nazir bütün iştirakçılara uğurlar arzulayıb:

“Hər kəsi böyük idman bayramı münasibəti ilə təbrik edirəm. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir. Bu gün mübarizə Suqovuşanda davam edəcək. İnanıram ki, ən güclü qalib gələcək”.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasında Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan turnirə aprelin 27-də Ağdərənin Sərsəng su anbarında start verilib. Reqata mayın 1-də başa çatacaq.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanı Düşənbədə keçiriləcək “Böyük Dəbilqə”də təmsil edəcək cüdoçular müəyyənləşib

Next

Azərbaycanın qızlardan ibarət U-16 millisi Bakıda UEFA İnkişaf Turnirində iştirak edəcək

Copyright 2026— Praqraf.com. All rights reserved