Skip to content
28 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 28
  • Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

admin 28 Aprel 2026 5 minutes read
w7s2DdroxqA9u6mO9GWAUemLvEnuPT3ZmEUxFOYp_1200
PAYLAŞIN:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Səməd Vurğun adına Sağlamlıq Mərkəzində “Təhlükəsiz əmək səmərəli fəaliyyətin əsasıdır” mövzusunda konfrans təşkil edilib.

28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilən və dövlət qurumlarının nümayəndələrinin, millət vəkillərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə iştirakçılar əməyin mühafizəsi vasitələrindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Jilber Hunqbonun əməyin mühafizəsi ilə bağlı videomüraciəti izlənilib.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov əməyin mühafizəsinin işçilərin sağlamlığının qorunması, təhlükəsiz əmək şəraitinin təmin olunması və insan kapitalının davamlı inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən sosial inkişaf strategiyasına uyğun olaraq, əmək münasibətlərinin tənzimlənməsi istiqamətində sistemli yanaşma formalaşdırılıb. Hazırda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində iş yerlərində təhlükəsizlik standartları daha da təkmilləşdirilir, layiqli əmək şəraiti yaradılır.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bu sahədə gördüyü işlər barədə də məlumat verilib. Bildirilib ki, 2025-ci il ərzində bu sahədə digər tədbirlərlə yanaşı, həmkarlar ittifaqları tərəfindən müəssisələrdə əməyin mühafizəsi üzrə 567 monitorinq aparılıb, aşkar olunan çatışmazlıqlarla bağlı müvafiq tövsiyələr verilib. Ötən il bu sahədə təşkil olunmuş 36 təlimdə 2400-dən çox işçi iştirak edib. Konfederasiya sədri çıxışında BƏT ilə əməkdaşlıq və qurumun ölkəmizdə ratifikasiya olunmuş “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” Konvensiyanın önəmini qeyd edib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Konfederasiyanın Layiqli Əmək Səfiri Musa Quliyev ölkədə əməyin mühafizəsinə dair qanunvericilik bazasının müasir çağırışlara uyğun təkmilləşdirildiyini, normativ-hüquqi aktların işçilərin sağlamlığının qorunmasına və istehsalat risklərinin minimuma endirilməsinə xidmət etdiyini vurğulayıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu nəzərə çatdırıb, istehsalat qəzalarının və peşə xəstəliklərinin qarşısının alınması tədbirləri, iş yerlərində təhlükəsizlik standartlarının tətbiqi və nəzarət mexanizmləri barədə məlumat verib.

İslam Əməkdaşlıq Təşkilatı Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov və BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev əmək bazarında baş verən dəyişikliklər, rəqəmsallaşma və yeni istehsal modelləri fonunda preventiv və innovativ yanaşmalara diqqət çəkib, sosial dialoqun, eləcə də beynəlxalq əmək standartlarının tətbiqinin iş prosesində təhlükəsizliyin yüksəldilməsində rolunu qeyd ediblər.

Tədbir çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında sahibkarlar üçün əməyin təhlükəsizliyi və mühafizəsi sahəsində (IOSH) təlimlərin təşkilinə dair Anlaşma Memorandumu imzalanıb.

Konfransda əməyin mühafizəsi və bu istiqamətdə Azərbaycan həmkarlar ittifaqları tərəfindən görülən işlərdən bəhs edən videoçarx nümayiş olunub.

Sonda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında fərqlənən müəssisə və təşkilatlar mükafatlandırılıb.

 

Paraqraf.com 

Loading

Visited 3 times, 3 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində olublar
Next: Bakıda 1 yaşlı körpə müayinəyə aparıldığı xəstəxanada ölüb

OXŞAR MÖVZULAR

f34967f1-f037-36d6-8fde-e8c8c084563c_1200

Naxçıvanda “Şərqin qapısı” Teatr Festivalı keçiriləcək

admin 28 Aprel 2026
IMG-20260428-WA0004

Mərkəzi qazanxanaya keçid: yeni qaydalar nəyi dəyişir?

admin 28 Aprel 2026
lzOzlFlbUGFyOpMXqMsFqO1yuqUSc1Kul3AVysxX_1200

İqtisadiyyat Nazirliyinə və “ASAN Xidmət”ə yeni səlahiyyət verilib

admin 28 Aprel 2026

XƏBƏR LENTİ

Naxçıvanda “Şərqin qapısı” Teatr Festivalı keçiriləcək f34967f1-f037-36d6-8fde-e8c8c084563c_1200

Naxçıvanda “Şərqin qapısı” Teatr Festivalı keçiriləcək

28 Aprel 2026
Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinin başçısı olub bFIDFGvU3Hd5oTw5zNLwlFu71aBqcsEJiaujKcq4_1200

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinin başçısı olub

28 Aprel 2026
Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb 235ab110-8587-3f32-baef-38fa63ed8ac3_1200

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

28 Aprel 2026
Tramp: İran çöküş vəziyyətindədir 7XG5IZLS556XghjZMgenKo6m2xqrEDvZ3WJ5IYpv_1200

Tramp: İran çöküş vəziyyətindədir

28 Aprel 2026
Türkiyə və Ermənistan Qars-Gümrü dəmir yolu xəttinin işə salınması ilə bağlı iclas keçirib fuEQoDfUkcKKRo6xgGsQZic3lf0xcIPxPMl9VLvD_1200

Türkiyə və Ermənistan Qars-Gümrü dəmir yolu xəttinin işə salınması ilə bağlı iclas keçirib

28 Aprel 2026
Kallas Cənub-Şərqi Asiya ölkələrini Rusiyadan neft almamağa çağırıb VWKDU671ygd5tTdgI3rX2k3DBa8AX4T1v8aaheu9_1200

Kallas Cənub-Şərqi Asiya ölkələrini Rusiyadan neft almamağa çağırıb

28 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.