Moskvanın şimalında tikilməkdə olan binada baş verən yanğın nəticəsində həlak olanların sayı səkkizə yüksəlib.
Paraqraf.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Moskvada tikilməkdə olan binada baş verən yanğın nəticəsində qurbanların sayı səkkiz nəfərə çatıb. Müstəntiqlər və kriminalistlər hadisə yerinə baxış keçirirlər”, – məlumatda bildirilib.
Baş idarədə əlavə ediblər ki, istintaq tədbirləri çərçivəsində tikinti şirkətinin nümayəndələri, yanğının baş verdiyi tikinti obyektinin sahə rəisi və subpodrat təşkilatının əməkdaşları dindirilir.
“Bu şəxslərin hamısı Baş İstintaq İdarəsinin bölməsinə gətirilib”, – mətbuat xidmətindən bildiriblər.
Paraqraf.com
![]()
