Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/İlham Əliyev: Çexiya ilə müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk
SİYASƏT

İlham Əliyev: Çexiya ilə müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk

28 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkə hesabında Çexiyanın Baş naziri Andrey Babişin paylaşımı bölüşülüb və Qəbələdə aparılan müzakirələrə görə təşəkkür yer alıb.

Paraqraf.com xəbər verir ki, A. Babişin Avropa İttifaqı (Aİ) hüdudlarından kənara ilk səfərinin Azərbaycana həyata keçirilməsi xüsusi vurğulanıb.

“Baş nazir Andrey Babiş, rəsmi səfərinizə və bu gün Qəbələdə apardığımız məzmunlu müzakirələrə görə təşəkkür edirəm. Bunun sizin Aİ hüdudlarından kənara ilk rəsmi səfəriniz olması ikiqat şərəflidir”, – paylaşımda bildirilib və əlavə edilib ki, siyasi münasibətlər möhkəmdir və bugünkü fikir mübadilələri Azərbaycan ilə Çexiya arasında əlaqələrin daha da dərinləşdirilməsinə ümumi sadiqliyi bir daha təsdiqləyib:

“Ticarət dövriyyəmiz artıq sabit səviyyədə olsa da, biz iqtisadi əməkdaşlığımızın daha da strukturlaşdırılması və şaxələndirilməsi üçün aydın potensial görürük. Səfər çərçivəsində keçirilən və işgüzar dairələrimizin nümayəndələrini bir araya gətirən biznes-forum bu istiqamətdə atılmış mühüm addımdır. Biz birgə hökumətlərarası iqtisadi komissiyanın səviyyəsini yüksəltmək qərarına gəldik ki, bu da xüsusilə energetika, sənaye və digər əsas sektorlarda daha səmərəli əlaqələndirməyə kömək edəcək. Biz həmçinin müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndirir və onun gələcək inkişafı üçün yaxşı perspektivlər görürük. Çexiyaya səfər etmək barədə nəzakətli dəvətinizi məmnuniyyətlə qəbul edirəm və dostluğunuza və tərəfdaşlığınıza görə sizə bir daha təşəkkür edirəm”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda “TurAz Qartalı – 2026” birgə taktiki-uçuş təlimi başlayıb

Next

Almaniya Bundestaqının nümayəndə heyəti Şuşa və Xankəndidə olub

Copyright 2026— Praqraf.com. All rights reserved