Bu il aprelin 1-nə Azərbaycanın dövlət zəmanətli borcu 6 milyard 762,4 milyon manat (ÜDM-in 5,2 %-i qədər) təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 34,8 % azdır.
Paraqraf.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, kəskin azalmaya səbəb “Cənub Qaz Dəhlizi” QSC-nin dövlət zəmanəti ilə cəlb etdiyi 2 milyard ABŞ dolları məbləğində xarici valyuta nominallı istiqrazları geri qaytarmasıdır.
Məlumata görə, dövlət zəmanətli borcunun 5 milyard 186 milyon manatı (3 milyard 050,6 milyon ABŞ dolları) və yaxud 76,7 %-i xarici kreditlərin, 1 milyard 576,4 milyon manatı və yaxud 23,3 %-i isə daxili kreditlərin payına düşüb.
Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 40,1 %-ni sabit, 59,9 %-ni dəyişkən faiz dərəcəli borc təşkil edib.
Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞ dolları – 47 %, avro – 25,5 %, manat – 19,4 %, yapon yeni – 2,7 %, digər valyutalar – 5,4 %.
Paraqraf.com
![]()
