Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/SITA aviasiya sənayesində rəqəmsal transformasiyanı sürətləndirir: yeni texnoloji həllər təqdim olunub
CƏMİYYƏT

SITA aviasiya sənayesində rəqəmsal transformasiyanı sürətləndirir: yeni texnoloji həllər təqdim olunub

27 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Beynəlxalq aviasiya texnologiyaları şirkəti SITA 2026-cı ilin ilk rübündə tətbiq etdiyi yeni rəqəmsal həllər və tərəfdaşlıqlar barədə məlumat yayıb.

Şirkətin açıqlamasına görə, təqdim edilən yeniliklər əsasən baqajın izlənməsi, hava limanı əməliyyatlarının optimallaşdırılması və uçuş gecikmələrinin əvvəlcədən proqnozlaşdırılmasına yönəlib.

SITA baqaj idarəetməsi sahəsində istifadə olunan WorldTracer sisteminə Google-un “Find Hub” funksiyasını inteqrasiya edib. Bu yenilik sərnişinlərə şəxsi cihazları vasitəsilə baqajın yerini paylaşmağa imkan verir və itirilmiş baqajların daha operativ tapılmasını hədəfləyir.

Şirkət həmçinin “SITA Bag Radar” adlı yeni analitik platformanı istifadəyə verib. Bildirilir ki, bu sistem süni intellekt və real vaxt məlumatları əsasında baqajla bağlı mümkün problemləri əvvəlcədən müəyyən edir.

Hava limanı əməliyyatlarının idarə olunması ilə bağlı təqdim edilən yanaşmada isə əsas diqqət koordinasiyanın gücləndirilməsinə yönəlib. SITA-nın “Total Airport Management” həlli müxtəlif xidmətlər arasında məlumat mübadiləsini optimallaşdıraraq gecikmələrin azaldılmasını nəzərdə tutur.

Bununla yanaşı, şirkət uçuş gecikmələrinin əvvəlcədən müəyyən edilməsi üçün “Advance Flight Delay Notification API” həllini də təqdim edib. Qeyd olunur ki, bu cür gecikmələr son on ildə təkcə Avropada 16 milyard avrodan çox zərərə səbəb olub.

SITA sərhəd təhlükəsizliyi istiqamətində də fəaliyyətini genişləndirir. Şirkət 75 ölkə ilə əməkdaşlıq çərçivəsində dənizçilər üçün rəqəmsal şəxsiyyət layihəsinə start verib. Layihə fiziki sənədlərin rəqəmsal identifikasiya ilə əvəz olunmasını nəzərdə tutur.

Hazırda SITA-nın texnologiyalarından dünya üzrə 1000-dən çox hava limanı və minlərlə aviaşirkət istifadə edir.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Hərbi bazada baş verən hadisə nəticəsində bir neçə İsrail əsgəri yaralanıb

Next

Rusiya Odessaya zərbə endirib, 13-ə yaxın şəxs xəsarət alıb

Copyright 2026— Praqraf.com. All rights reserved