Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Rusiya Odessanın liman infrastrukturuna zərbələr endirib
DÜNYA

Rusiya Odessanın liman infrastrukturuna zərbələr endirib

27 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Rusiya qoşunları aprelin 27-nə keçən gecə Ukrayna dəniz dəhlizi ilə Nauru bayrağı altında üzən “RAMCO” ticarət gəmisinə hücum edib.

Paraqraf.com xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Dəniz Limanları Administrasiyasının Telegram kanalına istinadən məlumat yayıb.

Qurumun məlumatına əsasən, gəmi yüngül zədələnib. Göyərtədəki yanğın ekipaj tərəfindən operativ şəkildə söndürülüb. İlkin məlumata görə, xəsarət alan yoxdur.

Bildirilib ki, həmin gecə Rusiya qüvvələri Odessanın liman infrastrukturuna və Ukrayna dəniz dəhlizinin işini təmin edən obyektlərə növbəti zərbələr endirib.

Hücum nəticəsində yük terminalının ərazisindəki enerji obyekti zədələnib və lokal yanğınlar baş verib. Yanğınlar müvafiq xidmətlər tərəfindən operativ şəkildə söndürülüb.

“Ukrayna limanlarına hər gün edilən hücumlar beynəlxalq gəmiçiliyin təhlükəsizliyinə və qlobal ərzaq sabitliyinə birbaşa təhdiddir. Sistemli təzyiqə baxmayaraq, Ukrayna dəniz dəhlizi fəaliyyətini davam etdirir”, – Ukrayna Dəniz Limanları Administrasiyasından əlavə ediblər.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rusiya Odessaya zərbə endirib, 13-ə yaxın şəxs xəsarət alıb

Next

“Hizbullah” Livanda İsrail qüvvələrinə raket zərbəsi endirib

Copyright 2026— Praqraf.com. All rights reserved