Skip to content
29 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 27
  • Bakı və Kiyev arasında əməkdaşlıq genişlənir

Bakı və Kiyev arasında əməkdaşlıq genişlənir

admin 27 Aprel 2026 5 minutes read
WhatsApp Image 2026-04-27 at 16.00.41
PAYLAŞIN:

Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra mətbuata verdiyi bəyanat Azərbaycan–Ukrayna münasibətlərinin möhkəm siyasi təməllər üzərində inkişaf etdiyini və bu əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə nümayiş etdirdi. Bəyanatda səsləndirilən fikirlər ikitərəfli əlaqələrin yalnız cari əməkdaşlıqla məhdudlaşmadığını, eyni zamanda uzunmüddətli strateji baxışa əsaslandığını göstərir. Son illərdə dövlət başçıları səviyyəsində təmasların intensivliyi münasibətlərin dinamik xarakter daşıdığını təsdiqləyir. Xüsusilə son dörd il ərzində keçirilmiş çoxsaylı görüşlər, o cümlədən beynəlxalq platformalar çərçivəsində aparılan dialoq tərəflər arasında yüksək siyasi etimadın formalaşdığını göstərir. Bu proses şəxsi münasibətlərlə yanaşı, dövlətlərarası əməkdaşlığın da möhkəmlənməsinə mühüm təsir göstərir.

Azərbaycan ilə Ukrayna arasında münasibətlərin əsasını təşkil edən mühüm amillərdən biri möhkəm siyasi-hüquqi bazadır. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlığa dair sənədlər bu əməkdaşlığın fundamental əsasını təşkil edir. Həmin sənədlərdə ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərinin əks olunması iki ölkənin beynəlxalq hüquqa sadiqliyini açıq şəkildə ortaya qoyur. Bu yanaşma həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əsasını təşkil edir.

Bəyanatda iqtisadi və enerji sahəsində əməkdaşlıq imkanları da geniş şəkildə vurğulanıb. Xüsusilə SOCAR-ın Ukraynadakı fəaliyyəti bu sahədə əldə olunmuş real nəticələrin göstəricisi kimi qiymətləndirilir. Energetika sahəsində mövcud əməkdaşlıqla yanaşı, yeni layihələrin həyata keçirilməsi, qarşılıqlı sərmayə qoyuluşlarının artırılması və birgə təşəbbüslərin reallaşdırılması üçün geniş potensialın olduğu qeyd olunur. Ticarət dövriyyəsinin yarım milyard dolları ötməsi isə iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir.

Hərbi-texniki və sənaye əməkdaşlığı da diqqət çəkən istiqamətlərdən biridir. Hər iki ölkədə müdafiə sənayesinin inkişafı fonunda birgə istehsal və texnoloji əməkdaşlıq imkanlarının mövcudluğu əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli şərait yaradır. Bu, tərəflərin münasibətləri daha geniş və strateji müstəvidə inkişaf etdirmək niyyətində olduqlarını göstərir.

Azərbaycan xarici siyasətində dost və tərəfdaş ölkələrlə münasibətlərin inkişafına daim xüsusi önəm verir və bu istiqamətdə ardıcıl siyasət həyata keçirir. Bu yanaşma ölkənin beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.

Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək və geniş tərkibdə keçirdikləri görüşlər, həmçinin mətbuata verdikləri bəyanatlar Ukrayna Prezidentinin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığın müzakirəsi və genişləndirilməsi baxımından mühüm imkan yaratdığını bir daha təsdiqlədi. Prezident İlham Əliyevin vurğuladığı kimi, dövlət başçıları arasında görüşlərin müntəzəm xarakter daşıması münasibətlərin dinamik inkişafından xəbər verir. Son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi yüksək siyasi dialoqun və qarşılıqlı etimadın göstəricisidir. Bu təmaslar beynəlxalq təşkilatlar çərçivəsində davam etdirilərək əməkdaşlığın ardıcıllığını təmin edir. Qarşılıqlı hörmət və ortaq maraqlar prinsiplərinə əsaslanan bu münasibətlər fonunda səfərin Azərbaycan–Ukrayna dostluq əlaqələrinin daha da möhkəmlənməsinə və əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verəcəyi şübhə doğurmur.

Eyni zamanda, siyasi dialoqun institusional əsaslar üzərində qurulması da mühüm əhəmiyyət kəsb edir. Xarici İşlər nazirlikləri səviyyəsində məsləhətləşmələr, Hökumətlərarası Komissiyanın fəaliyyəti və digər mexanizmlər vasitəsilə əməkdaşlıq daha sistemli və məqsədyönlü şəkildə inkişaf etdirilir.

Verilən bəyanat göstərir ki, Azərbaycan–Ukrayna münasibətləri qarşılıqlı hörmət, ortaq maraqlar və beynəlxalq hüququn prinsiplərinə əsaslanan möhkəm siyasi təməl üzərində inkişaf edir. Mövcud əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi və yeni sahələrin əhatə olunması isə bu tərəfdaşlığın gələcəkdə daha da güclənəcəyini deməyə əsas verir.

Samirə Hüseynova

Loading

Visited 26 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan tibbi turizm xəritəsində mövqeyini gücləndirir: “Medical Tourism: InfoTour & Networking” layihəsinin növbəti mərhələsi keçirilib
Next: İlham Əliyev: Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir

OXŞAR MÖVZULAR

bFIDFGvU3Hd5oTw5zNLwlFu71aBqcsEJiaujKcq4_1200

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinin başçısı olub

admin 28 Aprel 2026
rGpp5veA3nGKurD4qlOj3IeklwoNgMX4UgVyaOZ9_1200

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

admin 28 Aprel 2026
CZWKw3taXBqQP9z3lqqFG3M2FzI81ieGZhcQMf2K_1200

BƏƏ Prezidenti İlham Əliyevi “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi münasibətilə təbrik edib

admin 28 Aprel 2026

XƏBƏR LENTİ

Ukrayna Qafqaz ölkələri ilə “dron müqavilələri” həyata keçirir dA3kbjfuwnnVwtGIMCMLN7yh6KD8s5pHpr6gFKkH_1200

Ukrayna Qafqaz ölkələri ilə “dron müqavilələri” həyata keçirir

29 Aprel 2026
“Hizbullah” Livanda İsrailin “Hermes 900” PUA-sını vurub e3QM443tKEcUYzGFqpYCY1yovknXfBae0JVpsAzN_1200

“Hizbullah” Livanda İsrailin “Hermes 900” PUA-sını vurub

29 Aprel 2026
Liviyada insan alverçilərinə ağır cəza verilib rJJY4VmANkn1RRQ1XaddpywY52ipO6zi8uX1dik6_1200

Liviyada insan alverçilərinə ağır cəza verilib

29 Aprel 2026
İran ABŞ-ni “dövlət piratçılığında” ittiham edib UZUZNV7lwTzzMfQ1xlYnVYngDYkYjgHjzc6AehCu_1200

İran ABŞ-ni “dövlət piratçılığında” ittiham edib

29 Aprel 2026
Rusiya Ukraynanın beş vilayətinə zərbə endirib: ölən və yaralananlar var DzjVMe97VNrLPvwugsmdncjFvPVRFMZPl0kBmvEd_1200

Rusiya Ukraynanın beş vilayətinə zərbə endirib: ölən və yaralananlar var

29 Aprel 2026
Ukrayna Orskdakı neft emalı zavoduna və “Transneft”in Permdəki obyektinə hücum edib 9489f422-58bb-3130-85a7-67749d19232b_1200

Ukrayna Orskdakı neft emalı zavoduna və “Transneft”in Permdəki obyektinə hücum edib

29 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.