Skip to content
29 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 27
  • Azərbaycan tibbi turizm xəritəsində mövqeyini gücləndirir: “Medical Tourism: InfoTour & Networking” layihəsinin növbəti mərhələsi keçirilib

Azərbaycan tibbi turizm xəritəsində mövqeyini gücləndirir: “Medical Tourism: InfoTour & Networking” layihəsinin növbəti mərhələsi keçirilib

admin 27 Aprel 2026 3 minutes read
WhatsApp Image 2026-04-25 at 18.58.14
PAYLAŞIN:

Azərbaycanın səhiyyə və turizm sektorları arasında strateji körpü rolunu oynayan “Medical Tourism: InfoTour & Networking” layihəsinin növbəti mərhələsi yüksək təşkilatçılıq səviyyəsində baş tutub. Layihə HIMA – Hub Integrated Medical Alliance tərəfindən həyata keçirilərək, Referans Medical Group-a daxil olan Leyla Medical Centerdə təşkil olunub.

Tədbir Azərbaycanın müasir tibbi imkanlarının və beynəlxalq standartlara cavab verən səhiyyə xidmətlərinin turizm sektoru nümayəndələrinə təqdim olunması baxımından mühüm platforma rolunu oynayıb. Eyni zamanda, görüş sektorlararası əməkdaşlığın dərinləşdirilməsi və tibbi turizmin davamlı inkişafı üçün yeni perspektivlərin formalaşmasına zəmin yaradıb.

Info-tur çərçivəsində iştirakçılar “Leyla Medical Center”in qabaqcıl tibbi texnologiyaları, innovativ xidmət modeli və pasiyent mərkəzli yanaşması ilə ətraflı tanış olublar. Tədbir zamanı Azərbaycanın regional tibbi turizm mərkəzinə çevrilməsi istiqamətində atılan addımlar, eləcə də xarici pasiyent axınının effektiv idarə olunması üçün strateji yanaşmalar geniş müzakirə edilib.

Anar Yusifov, “Referans Medical Group”un Strateji Marketinq və Tibbi Turizm üzrə meneceri çıxışında qeyd edib:

“Bu kimi təşəbbüslər Azərbaycanın tibbi turizm potensialını qlobal səviyyədə tanıtmaqla yanaşı, yerli tibb müəssisələrinin beynəlxalq bazara inteqrasiyasını sürətləndirir və yeni tərəfdaşlıqların formalaşmasına təkan verir”.

HIMA – Hub Integrated Medical Alliance-nin təsiscisi və direktoru Elnarə Musəvi isə qeyd edib ki, təşəbbüs uzunmüddətli strateji məqsədlərə xidmət edir:

“Bizim əsas hədəfimiz Azərbaycanın tibbi turizm imkanlarını sistemli şəkildə inkişaf etdirmək, səhiyyə və turizm sektorları arasında effektiv əməkdaşlıq modeli formalaşdırmaq və ölkəmizi bu sahədə regional liderlərdən birinə çevirməkdir”.

“Medical Tourism: InfoTour & Networking” layihəsi növbəti mərhələlərdə ölkənin digər aparıcı tibb müəssisələrini də əhatə edərək, Azərbaycanın beynəlxalq tibbi turizm bazarındakı mövqeyini daha da möhkəmləndirməyi hədəfləyir.

Leyla Medical Center-də “Medical Tourism: InfoTour & Networking” - 1

Leyla Medical Center-də “Medical Tourism: InfoTour & Networking” - 2

Leyla Medical Center-də “Medical Tourism: InfoTour & Networking” - 3

Leyla Medical Center-də “Medical Tourism: InfoTour & Networking” - 4

Paraqraf.com

Loading

Visited 52 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Nikita Xruşşovın Qarabağla bağlı mübahisəli fikri: tarixi kontekst və yanaşmalar
Next: Bakı və Kiyev arasında əməkdaşlıq genişlənir

OXŞAR MÖVZULAR

UC0yC84LKDO36CvFJpkSfqACHWg4Qn93Of3t6IVK_1200

Maliyyə Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

admin 29 Aprel 2026
PynBmUNVqahnK7O1P8GT5CL1JeNG5PwAxYTZ7Nny_1200

Aktau 2030-cu il üçün İƏT-in Turizm Paytaxtı seçilib

admin 29 Aprel 2026
526f42fd-1da1-3350-aadf-12e5678925dd_1200

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

admin 29 Aprel 2026

XƏBƏR LENTİ

Azərbaycan və Serbiya konsulluq məsləhətləşməsi keçirib iIXfRNXkTeVnYNwEqwo6JXBiCzfwsu9ytMtn1LRM_1200

Azərbaycan və Serbiya konsulluq məsləhətləşməsi keçirib

29 Aprel 2026
Azərbaycanın bank sektorunun xalis mənfəəti 47 % artıb 2755882

Azərbaycanın bank sektorunun xalis mənfəəti 47 % artıb

29 Aprel 2026
Azərbaycan I rübdə vahid xəzinə hesabının idarə edilməsindən 7 milyon manatdan çox gəlir əldə edib 1d8dc9aa70e981e

Azərbaycan I rübdə vahid xəzinə hesabının idarə edilməsindən 7 milyon manatdan çox gəlir əldə edib

29 Aprel 2026
Maliyyə Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub UC0yC84LKDO36CvFJpkSfqACHWg4Qn93Of3t6IVK_1200

Maliyyə Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

29 Aprel 2026
Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib Y5s9q8IxvK3SvqJ9kPDKpSFFgz38KTMA4s9Ymu15_1200

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

29 Aprel 2026
Aktau 2030-cu il üçün İƏT-in Turizm Paytaxtı seçilib PynBmUNVqahnK7O1P8GT5CL1JeNG5PwAxYTZ7Nny_1200

Aktau 2030-cu il üçün İƏT-in Turizm Paytaxtı seçilib

29 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.