Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/“Axios”: İran ABŞ-yə Hörmüz boğazının açılmasını nəzərdə tutan yeni təklif göndərib
DÜNYA

“Axios”: İran ABŞ-yə Hörmüz boğazının açılmasını nəzərdə tutan yeni təklif göndərib

27 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

İran ABŞ-yə münaqişənin həlli üzrə Amerika blokadasının ləğvini, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasını və ardınca Tehranın nüvə proqramı üzrə danışıqlara keçidi özündə ehtiva edən yeni təklif göndərib.

Paraqraf.com xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İran tərəfi Pakistanın vasitəçiliyi ilə yeni təklifi Vaşinqton nümayəndələrinə çatdırıb.

“Təşəbbüs danışıqlar prosesindəki mövcud dalandan çıxmağa və İran rəhbərliyinin [ABŞ Prezidenti Donald] Tramp administrasiyası ilə razılaşma əldə etmək naminə getməyə hazır olduğu nüvə güzəştlərinin həcmi ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa yönəlib”, – nəşr qeyd edib.

“Axios” qeyd edib ki, İranın təşəbbüsü, ilk növbədə, Hörmüz boğazı ətrafındakı böhranlı vəziyyətin həllinə və Amerika blokadasının ləğvinə hesablanıb. Hər iki tərəfin qüvvədə olan atəşkəs rejimini “uzun müddətə uzatması və ya hərbi əməliyyatların tam və qəti şəkildə dayandırılması barədə razılığa gəlməsi” nəzərdə tutulur.

“İrəli sürülən təklifə əsasən, nüvə [proqramı] üzrə danışıqlar yalnız növbəti mərhələdə, Hörmüz boğazında blokada aradan qaldırıldıqdan və iqtisadi blokada ləğv edildikdən sonra başlayacaq”, – portal vurğulayıb.

Nəşrin məlumatına görə, Amerika Prezidenti aprelin 27-də “İranla danışıqlarda yaranmış çıxılmaz vəziyyətin müzakirəsi və münaqişənin gedişatında gələcək fəaliyyət üçün mümkün variantların nəzərdən keçirilməsi” məqsədilə Nazirlər Kabinetinin iclasını çağırmağı planlaşdırır.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Media yazıb ki, aprelin 27-də İslamabadda, İran və ABŞ arasında danışıqların növbəti raundu keçirilməli idi və bunu Ağ Ev də təsdiqləmişdi. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner şənbə günü İslamabada uçmalı idilər, lakin bundan qısa müddət əvvəl Tramp öz nümayəndələrinin Pakistana səfərini ləğv etdiyini bildirib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub

Next

ABŞ Sakit okeanda narkotik daşıyan daha bir gəmiyə zərbə endirib

Copyright 2026— Praqraf.com. All rights reserved