Şəkidə yük avtomobili yanıb.
Paraqraf.com-un məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəkinin Vərəzət kəndi ərazisində baş verib.
Bakı şəhər sakini, 33 yaşlı Mövlud Nəsibova məxsus “Mercedes” markalı yük avtomobili hərəkətdə olarkən qəfil alovlanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğın qısa müddətdə söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Paraqraf.com
![]()
Visited 4 times, 4 visit(s) today
