Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 4 dəfə artırıb
İQTİSADİYYAT

Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 4 dəfə artırıb

25 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Bu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 22,1 milyon ABŞ dolları dəyərində 31 min 177 ton neft və neft yağları idxal edib.

Paraqraf.com-un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 dəfə, kəmiyyət olaraq 4 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın neft və neft yağları idxal etdiyi ölkələr sırasında 5-ci yerdə qərarlaşıb.

2026-cı ilin ilk 3 ayında Gürcüstan xarici ölkələrdən 339 milyon ABŞ dolları dəyərində 451 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 12 % və 13 % çoxdur.

Hesabat dövründə Gürcüstana Rusiyadan 117,4 milyon ABŞ dolları dəyərində 180,4 min ton, Rumıniyadan 40,85 milyon ABŞ dolları dəyərində 57 min ton, Türkiyədən 34,1 milyon ABŞ dolları dəyərində 34,6 min ton, Bolqarıstandan 30,6 milyon ABŞ dolları dəyərində 37,6 min ton neft və neft yağları gətirilib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,4 milyard ABŞ dolları dəyərində 1,8 milyon ton neft və neft yağları alıb ki, bunun da 118 milyon ABŞ dolları dəyərində 172 min tonu Azərbaycanın payına düşüb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib

Next

Gürcüstanın Azərbaycandan yanacaq və sürtkü yağları alışına çəkdiyi xərc 13 % artıb

Copyright 2026— Praqraf.com. All rights reserved