Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Ayxan Hacızadə: Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir
SİYASƏT

Ayxan Hacızadə: Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir

25 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Nyu-York meri Zohran Kvame Məmdaninin anti-Azərbaycan bəyanatını tənqid edərək, ictimai xadimləri dezinformasiya yaymaqdan çəkinməyə və barışığa töhfə verməyə çağırıb.

Paraqraf.com xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

“Mer Zohran Kvame Məmdani, ictimai xadimlər məsuliyyətlə davranmalı, dezinformasiya yaymaqdan çəkinməli və siyasi motivli, eləcə də tarixi cəhətdən yalan bəyanatlar vasitəsilə ayrılığı dərinləşdirməyə deyil, barışığa töhfə verməlidirlər. Biz sizin təxribat xarakterli bəyanatınızı rədd edirik”, – Hacızadə yazıb.

Onun sözlərinə görə, bu cür açıqlamalar regionun tarixi və reallıqlarının anlaşılmadığını göstərir və faktları siyasi narrativlərin xeyrinə təhrif edir.

Hacızadə vurğulayıb ki, 2020-ci ildə Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış ərazisi hüdudlarında, beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq hərəkət edib.

XİN rəsmisi əlavə edib ki, 2023-cü ilin antiterror tədbirləri otuzillik qanunsuz işğaldan sonra konstitusiya quruluşunun bərpa olunması ilə nəticələnib:

“Qovulma” barədə iddialar erməni sakinlərə reinteqrasiya, tam bərabər hüquqlar və təhlükəsizlik zəmanətlərinin təklif edildiyi faktını gözardı edir.

Seçilmiş vəzifəli şəxsin işğal dövründə yüzminlərlə azərbaycanlıya qarşı etnik təmizləmə və kütləvi qətlləri, eləcə də mədəni və dini irsin dağıdılmasını gözardı edərək birtərəfli narrativləri təşviq etməsi xüsusi narahatlıq doğurur. Bu cür məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir və dərhal silinməlidir”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Volodimir Zelenski Ukraynaya yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib

Next

Azərbaycandakı bankların faiz gəlirlərinin məbləğinə görə renkinqi (Yanvar-mart, 2026)

Copyright 2026— Praqraf.com. All rights reserved