Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 24
  • XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır

XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır

admin 24 Aprel 2026 4 minutes read
T3kHAuNjFZGCZTbrAbTDj375MACzXQpOEvxYjUpC_1200
PAYLAŞIN:

Bakı şəhərinin çoxtərəfli diplomatiya, dialoq və əməkdaşlıq üçün önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır.

Paraqraf.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü ilə bağlı yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Azərbaycan çoxtərəfli diplomatiya və əməkdaşlığın ən böyük dəstəkçilərindən biri olaraq, Qlobal Cənubun fəal üzvü qismində bu istiqamətdə töhfələr verməyə hər zaman sadiqdir.

“Son illərdə ölkəmizin çoxtərəfli diplomatiya və əməkdaşlıq müstəvisində əldə etdiyi çoxsaylı nailiyyətlər sırasında Qoşulmama Hərəkatı (NAM), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu Tədbirləri üzrə Müşavirə (CICA), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC) kimi mühüm təsisatlara uğurlu sədrlikləri qeyd edilə bilər”, – məlumatda vurğulanıb.

Həmçinin bəyanatda bildirilib ki, 2026-cı il ərzində Ümumdünya Şəhərsalma Forumu (WUF13), İslam İnkişaf Bankının 10 illiyinə həsr olunmuş toplantı, Dünya Ətraf Mühit Günü (WED26), CICA dövlət və hökumət başçılarının zirvə görüşü kimi beynəlxalq əhəmiyyətli tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi bir daha çoxtərəfli diplomatiya və əməkdaşlığa verilən önəmə və beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi ölkənin artan nüfuzuna dəlalət edir.

“Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi və ev sahibliyi çoxtərəfli diplomatiya tarixinə ən uğurlu tədbirlərdən biri kimi həkk olunub. Azərbaycan COP29-da əldə edilmiş tarixi əhəmiyyətli razılaşmaların icrası və irəlilədilməsi, eləcə də xarici siyasətimizdə aktiv sahələrdən birinə çevrilən dayanıqlı inkişaf və iqlim diplomatiyasına töhfələrini davam etdirməkdədir. 2026-cı ildə ölkəmizin ilk dəfə Regional İqlim Həftəsinə ev sahibliyi etməsi nəzərdə tutulur.

Eyni zamanda, yalnız son bir neçə il ərzində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil qərargahı və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi kimi sturkturların Bakıda yerləşməsi haqqında qərarlar verilib. Buna əlavə olaraq, cari ilin aprelində İstanbulda keçirilmiş konfrans zamanı Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin mənzil qərargahının da Bakıda təsis edilməsinə dair tarixi qərar qəbul edilib”, – bəyanatda deyilir.

Məlumata əsasən, Azərbaycan həmçinin beynəlxalq təşkilatlarda ədalətli coğrafi təmsilçiliyin tərəfdarıdır. Bu istiqamətdə prinsipial mövqe sərgiləməklə yanaşı, Azərbaycan Respublikası və vətəndaşlarının beynəlxalq təşkilatların seçkili orqanlarında təmsilçiliyinə xüsusi önəm verilir. Yalnız 2025-ci ildə 14 mühüm beynəlxalq qurumlara namizədliyimiz üzrə uğurlu nəticə təmin edilib. Azərbaycan çoxtərəfli diplomatiya və formatlarda aktiv iştirakı ilə həm beynəlxalq, həm də regional müstəvidə sülh, təhlükəsizlik və rifaha töhfə verməyə bundan sonra da davam edəcəkdir.

Xatırladaq ki, 24 aprel Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü kimi qeyd olunur.

 

Paraqraf.com 

Loading

Visited 4 times, 4 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan ilə Çexiya Müdafiə nazirlikləri arasında “İkitərəfli hərbi əməkdaşlıq planı” imzalanıb
Next: Azərbaycan pambıq lifi ixracından gəlirini 44 %-ə yaxın artırıb

OXŞAR MÖVZULAR

iqdTQ73yw3vMrdZsKsC8AvhGJJez5mRs4urkOuHa_1200

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib

admin 24 Aprel 2026
PSie4IoDPPbOdlJGWzexR8neGfBjcyfEeIS1IbIz_1200

Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır

admin 24 Aprel 2026
zIXo6wU0HfMh2TOjhxwoAD8zNnEKdSiMgjcn58mM_1200

Kamran Əliyev İran səfiri ilə regional hadisələri və ikitərəfli əlaqələri müzakirə edib

admin 24 Aprel 2026

XƏBƏR LENTİ

Deputat və urbanistdən mesaj: “WUF13 Bakını dünyaya çıxaracaq, amma şəhər buna hələ hazır deyil!” b8d8f5e3-cd96-4540-828e-ff0895fd6d74

Deputat və urbanistdən mesaj: “WUF13 Bakını dünyaya çıxaracaq, amma şəhər buna hələ hazır deyil!”

24 Aprel 2026
Turist axını niyə azalır? – Ekspert bahalı aviabiletləri əsas səbəb sayır 7cdc4f29-10c4-4572-ad89-68f1178f825b

Turist axını niyə azalır? – Ekspert bahalı aviabiletləri əsas səbəb sayır

24 Aprel 2026
Komitə sədri Salyanda aqrar vəziyyətlə tanış olub – “Taxıl sahələrində məhsuldarlıq qənaətbəxşdir” IMG_5918

Komitə sədri Salyanda aqrar vəziyyətlə tanış olub – “Taxıl sahələrində məhsuldarlıq qənaətbəxşdir”

24 Aprel 2026
Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib iqdTQ73yw3vMrdZsKsC8AvhGJJez5mRs4urkOuHa_1200

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib

24 Aprel 2026
Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib eb802d95-d8d6-377f-a642-56f178998289_1200

Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib

24 Aprel 2026
Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib cY7U9VOGi3Qpu2jq0pjh9M2J2HnrRej2dpm17OTO_1200

Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.