Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/TBNM üzrə 2026-cı il iş planı Astanada təsdiq olunub
SİYASƏT

TBNM üzrə 2026-cı il iş planı Astanada təsdiq olunub

24 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Bu gün Astanada “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin və Ümumi Yığıncağının iclası keçirilib.

Paraqraf.com xəbər verir ki, görüşlərin yekunlarına əsasən 2026-cı il üçün iş planı təsdiq edilib.

İclasda Qazaxıstan, Çin, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna, Bolqarıstan, Rumıniya və Sinqapurun dəmir yolu operatorlarının nümayəndələri iştirak ediblər.

Təsdiq edilmiş planın əsas istiqaməti rəqəmsal imzadan istifadə etməklə elektron sənəd dövriyyəsinin tətbiqini və gömrük orqanları ilə daşıma prosesinin bütün iştirakçıları arasında birbaşa məlumat mübadiləsini nəzərdə tutan daşımaların rəqəmsallaşdırılması olub.

Bunun yüklərin keçid vaxtını azaltmağa və bütün marşrut boyu əməliyyatların şəffaflığını artırmağa imkan verəcəyi gözlənilir.

Plan, həmçinin konteyner daşımalarının həcminin artırılmasını, o cümlədən 2026-cı ildə Çindən Qazaxıstan ərazisi ilə 600-ə qədər konteyner qatarının buraxılmasını, eləcə də Xəzər dənizinin limanları və terminalları arasında koordinasiyanın gücləndirilməsini və marşrutun əsas sahələrində texnoloji proseslərin optimallaşdırılmasını nəzərdə tutur.

Görüşlərin yekunlarına əsasən, TBNM-in Asiya və Avropa arasında əsas tranzit dəhlizlərindən biri kimi daha da möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalanıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

Next

Qobustanda qazıntı işləri zamanı torpaq çöküb, ölən və yaralı var

Copyright 2026— Praqraf.com. All rights reserved