Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib
HADİSƏ

Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib

24 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib.

Paraqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, xidmətdən daxil olan və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlar əsasında Xidmətin Qaradağ rayon idarəsi, Saatlı, Cəbrayıl və Ağdaş rayon şöbələrinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə həmin idarə və şöbələrin vəzifəli şəxsləri tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərin hərbi təlim toplanışlarına cəlb edilməkdən yayındırılması, hərbi xidmətdən möhlət hüququnun verilməsi, ölkədən çıxışına məhdudiyyət tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Xidmətin Ağdaş rayon şöbəsinin rəisi Nurlan Abbasov, həmin Şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Şahlar Usubəliyev, həmin Şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti Taleh İsmayılov, Xidmətin Saatlı rayon şöbəsinin rəisi Murad Əhmədov, həmin Şöbənin səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin zabiti Araz Kərimli, Xidmətin Cəbrayıl rayon şöbəsinin rəis müavini – səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi Niyam Mədətsoylu, Xidmətin Qaradağ rayon idarəsinin səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin zabitləri Etibar Əliyev və Şamil Alıyevə Cinayət Məcəlləsinin müvafiq olaraq 311.3.1, 311.3.2, 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvət alınması) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Bakı Hərbi Məhkəməsinin qərarları ilə barələrində həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

FHN Şuşa Hotel-Konqres Mərkəzi Kompleksində təlim keçirib

Next

Azərbaycanda ailə başçısını itirməyə görə ötən ay 200 minə yaxın şəxs pensiya və müavinət alıb

Copyright 2026— Praqraf.com. All rights reserved