Bu ilin yanvar-mart aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 264 milyon 687 min ABŞ dolları təşkil edib.
Paraqraf.com-un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,9 % çoxdur.
Son 1 ildə Azərbaycanın Gürcüstana ixracının dəyəri 30 % artaraq 235 milyon 26 min dollar, bu ölkədən idxalının dəyəri isə 20,7 % artaraq 29 milyon 661 min dollar olub.
Hesabat dövründə Gürcüstanla ticarət ümumi dövriyyənin 2,8 %-i qədər olub. O cümlədən, Gürcüstana ixrac ümumi ixracın 4,3 %-ni , Gürcüstandan idxal isə ümumi idxalın 0,7 %-ni təşkil edib.
Paraqraf.com
![]()
Visited 4 times, 4 visit(s) today
