Rusiya pilotsuz təyyarələrinin Ukraynanın Dnepr şəhərinə kütləvi hücumu nəticəsində iki nəfər ölüb, daha səkkiz insan yaralanıb.
Paraqraf.com-un xəbərinə görə, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja özünün teleqram kanalında məlumat verib.
O qeyd edib ki, yaralananlar arasında azı iki uşaq var.
“Rusiyanın Dnepr şəhərinə hücumu nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. Bir nəfər hələ də əlaqəyə çıxmayıb”, – rəsmi qeyd edib.
Onun sözlərinə görə, gecə ərzində vilayət səmasında Rusiyanın 40 PUA-sı məhv edilib.
Paraqraf.com
![]()
Visited 4 times, 4 visit(s) today
