Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 23
  • İsrail Ordusu “Hizbullah”ın obyektinə zərbələr endirib

İsrail Ordusu “Hizbullah”ın obyektinə zərbələr endirib

admin 23 Aprel 2026 3 minutes read
QgX8juz5RLNr2HpobvycazcnUAajF8KUvEWeWLzw_1200
PAYLAŞIN:

İsrailin Müdafiə Ordusu Livanın cənubunda “Hizbullah” radikal qruplaşmasının hərbi obyektinə və onun ərazisini tərk edən avtomobilə zərbələr endirib.

Paraqraf.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin “Telegram” kanalında bildirilib.

“Hərbçilər Livanın cənubunda “Hizbullah” tərəfindən istifadə olunan hərbi obyekti tərk edən iki nəqliyyat vasitəsini qeydə alıblar. Avtomobillərdəki yaraqlılar ön müdafiə xəttini keçərək qoşunların mövqelərinə yaxınlaşıblar ki, bu da onların təhlükəsizliyinə birbaşa təhdid yaradıb. Həmin şəxslərin atəşkəs rejimini pozduğu və birbaşa təhdid yaratdığı təsdiqləndikdən sonra, İsrail Hərbi Hava Qüvvələri avtomobillərdən birini, eləcə də həmin şəxslərin çıxdığı obyekti vurub”, – məlumatda deyilir.

Hərbçilər həmçinin endirilən zərbələr nəticəsində iki jurnalistin yaralandığını bildiriblər.

“İsrail Müdafiə Ordusu mətbuat nümayəndələrinə zərbələr endirmir və öz hərbçilərinin müdafiəsini təmin etməklə yanaşı, onlara dəyən zərəri minimuma endirmək üçün bütün zəruri addımları atır”, – ordunun mətbuat xidmətindən qeyd olunub.

Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün endirilən zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.

“Hizbullah” İsraili raket və pilotsuz uçuş aparatları ilə atəşə tutaraq İranın tərəfində müharibəyə qoşulduqdan sonra, İsrail Müdafiə Ordusu Livanın cənubuna və radikal qruplaşmanın infrastrukturunun yerləşdiyi Beyrutun cənub ətraflarına zərbələr endirib. İsrail həmçinin Livanın cənubunda quru əməliyyatını genişləndirib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. ABŞ Prezidenti Donald Tramp sonra atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Aprelin 14-də Vaşinqtonda ABŞ-nin himayəsi altında Livan-İsrail təmaslarının ilkin mərhələsi baş tutub və orada atəşkəs razılaşmasının əldə edilməsi məqsədilə sülh danışıqlarının başlama tarixi müəyyən edilməli idi. Nümayəndə heyətlərinə Livan və İsrailin Birləşmiş Ştatlardakı səfirləri rəhbərlik ediblər.

Aprelin 16-da ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın 10 günlük atəşkəs rejiminin tətbiq olunması barədə razılığa gəldiyini bildirib.

 

Paraqraf.com 

Loading

Visited 3 times, 3 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Nəbi İsgəndərov Dünya Kubokunda növbəti qələbəsini qazanıb
Next: ABŞ Ordusu: İranın dəniz blokadası zamanı 29 gəminin hərəkət istiqaməti dəyişib

OXŞAR MÖVZULAR

f1LyQ5ramnSrNKwgEuk0oxI7oyq5ifJTng7I0clI_1200

Paşinyan: Ermənistan yük maşınlarının Rusiyaya girişinə qadağa barədə rəsmi məlumat yoxdur

admin 23 Aprel 2026
COgkxRYlRdsQU3ydsq2jF2PiPiEzU9txTsfC9xWp_1200 (1)

İndoneziya Rusiyadan 150 milyon barel neft alacaq

admin 23 Aprel 2026
sDr2ozn2wvIJhFWAyv9TVTjdybFwdrJldtFS69St_1200

Danimarkada qatarların toqquşması nəticəsində 17 nəfər xəsarət alıb

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.