Tovuzda 6 yaşlı uşağı cərəyan vuraraq öldürüb
Tovuz rayonunun Çatax kəndində 6 yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb.
Paraqraf.com-un məlumatına görə, kənd sakini, 2020-ci il təvəllüdlü S.Quliyevi həyətlərində elektrik cərəyanı vurub.
Uşaq xəstəxanaya aparılarkən yolda həyatını itirib.
İlkin məlumata əsasən, hadisə ehtiyatsızlıqdan baş verib.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.
Paraqraf.com
![]()