Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 22
  • Həmkarlar ittifaqlarının sağlamlıq mərkəzlərinə yollayış sistemi: kimlər faydalana bilər və qaydalar necədir?

Həmkarlar ittifaqlarının sağlamlıq mərkəzlərinə yollayış sistemi: kimlər faydalana bilər və qaydalar necədir?

admin 22 Aprel 2026 11 minutes read
IMG-20260422-WA0000
PAYLAŞIN:

Azərbaycanda sağlamlıq və istirahət imkanlarına çıxışın genişləndirilməsi məqsədilə həmkarlar ittifaqları tərəfindən tətbiq olunan yollayış sistemi vətəndaşlar üçün mühüm sosial dəstək mexanizmlərindən biri hesab olunur. Bəs bu sistemdən kimlər yararlana bilər, hansı güzəştlər mövcuddur və müraciət prosesi necə həyata keçirilir?

Mövzu ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Paraqraf.com-un sorğusunu cavablandıraraq məsələyə aydınlıq gətirib.

— Həmkarlar ittifaqlarının sağlamlıq mərkəzlərindən kim pulsuz istifadə edə bilir?
— Həmkarlar ittifaqlarının sağlamlıq mərkəzlərindən kimin ödənişsiz istifadə edə bilməsi ilə bağlı bildiririk ki, yollayışların verilməsi qaydalarına əsasən, şəhid ailələri, müharibə iştirakçıları, əlillər, eləcə də I qrup əlilləri müşayiət edən şəxslər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən ödənişsiz yollayışlarla təmin olunurlar.

— Yollayışların verilməsində hansı sosial kateqoriyalara üstünlük verilir?
— Sosial həssas kateqoriyaya aid olan şəxslər yollayışla ödənişsiz təmin olunurlar. Bu kateqoriyaya daxil olmayan şəxslər isə sosial sığorta ödəyicisi, pensiyaçı və ya həmkarlar ittifaqlarının üzvü olduqları halda, yollayışın dəyərinin 15 faizini ödəməklə güzəştli əsaslarla bu imkandan yararlana bilirlər.

— Vətəndaşlar bu xidmətlərdən yararlanmaq üçün hansı prosedurlardan keçməlidir?
— Vətəndaşların bu xidmətlərdən yararlanması “e-ahik.az” platforması vasitəsilə qeydiyyatdan keçməklə həyata keçirilir. Tələb olunan sənədlərə şəxsiyyət vəsiqəsi, müalicə məqsədli yollayışlar üçün sanator-kurort kartı və ya tibbi arayış, ödənişsiz yollayış hüququ olduqda bunu təsdiq edən sənəd, eləcə də iş yeri və ya pensiyaçı statusunu təsdiqləyən elektron arayış daxildir. Müraciət zamanı vətəndaş seçdiyi müəssisəni, qalma müddətini, yollayış növünü (müalicə və istirahət) və əlaqə vasitələrini qeyd etməlidir.

— Yollayış sistemi nə qədər şəffafdır?
— Vətəndaşlara sağlamlıq və istirahət mərkəzlərinə yollayışların verilməsi “bir pəncərə” prinsipi əsasında həyata keçirilir və bu məqsədlə “Kurort” Turizm İnformasiya Mərkəzi fəaliyyət göstərir.
Vətəndaşlar şəffaflıq, əlçatanlıq və operativlik baxımından müasir və mütərəqqi sistem olan “e-ahik.az” platforması üzərindən müraciət edirlər. Qeydiyyat prosesi tam onlayn qaydada aparılır və sistemə kənar müdaxilə mümkün deyil.
Boş yerlər mövcud olduqda və ayrılmış büdcə çərçivəsində vətəndaşlar müəyyən olunmuş qaydalara uyğun şəkildə yollayışla təmin olunurlar.

— İl ərzində neçə nəfər bu imkanlardan faydalanır?
— 2025-ci il ərzində 43 mindən çox yollayış təqdim olunub və nəticədə 86 mindən artıq vətəndaş sağlamlıq və istirahət mərkəzlərinin imkanlarından faydalanıb.

— Niyə bəzi insanlar uzun müddət növbədə qalır?
— Yollayışlarla bağlı daxil olmuş müraciətlərə baxılması və cavablandırılması müddəti qaydalara əsasən 10 iş gününədək müəyyən edilib və bu, maksimal müddət hesab olunur.

— Öz hesabına sağlamlıq və istirahət mərkəzlərinə getmək istəyənlər üçün qiymətlər əlçatandırmı?
— İstər yerli, istərsə də xarici vətəndaşlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzlərinə birbaşa müraciət etməklə xidmətlərdən yararlana bilərlər. Xidmət haqları seçilən sanatoriya, otaq kateqoriyası, qalma müddəti və qonaqlama formasından asılı olaraq dəyişir.
Vətəndaşlar müraciət zamanı təqdim olunan seçimlər arasından öz büdcələrinə uyğun variantı müstəqil şəkildə müəyyən edir və buna uyğun olaraq yekun qiymət formalaşır.

— Sağlamlıq və istirahət mərkəzlərinə tələbat təklifi üstələyirmi?
— Hazırda ümumi təklif-tələb balansı qorunur. Lakin yay mövsümündə müraciətlərin artması səbəbindən bəzi dövrlərdə tələbin təklifi üstələməsi halları müşahidə oluna bilər.

— Mövcud sağlamlıq və istirahət mərkəzlərində yer çatışmazlığı varmı?
— Hazırda ümumilikdə belə bir hal müşahidə olunmur. Bununla belə, müraciətlərin artdığı dövrlərdə müəyyən məhdudiyyətlər yarana bilər.
Qeyd edək ki, yollayışlarla bağlı bütün müraciətlər “e-ahik.az” platforması vasitəsilə həyata keçirildiyindən vətəndaşlar mövcud boş yerləri real vaxt rejimində görür və həmin məlumat əsasında müraciətlərini həyata keçirirlər.

— Qeyri-rəsmi yollarla yollayış əldə edilməsi kimi hallar mövcuddurmu?
— Yollayışların verilməsi prosesi tam rəqəmsallaşdırılıb və yalnız “e-ahik.az” platforması vasitəsilə həyata keçirilir. Sistem avtomatlaşdırılmış qaydada işlədiyindən müraciətlərin qəbulu, növbəlilik prinsipi, yerlərin bölgüsü və yollayışların təsdiqlənməsi insan müdaxiləsi olmadan icra olunur. Buna görə də prosesə kənar müdaxilə, eləcə də qeyri-qanuni və ya qeyri-rəsmi yollarla yollayış əldə edilməsi mümkün deyil.

— Bu sahədə hansı islahatlar planlaşdırılır?
— Əlçatan və operativ xidmətin göstərilməsi məqsədilə sistem üzrə təkmilləşdirmə işləri mütəmadi olaraq həyata keçirilir. Eyni zamanda xidmətlərin keyfiyyətinin artırılması, rəqəmsal imkanların genişləndirilməsi və müraciət prosesinin daha da sadələşdirilməsi istiqamətində davamlı yeniliklərin tətbiqi nəzərdə tutulur.

— Azərbaycanda həmkarlar ittifaqlarının nəzdində fəaliyyət göstərən sağlamlıq mərkəzlərinin sayı nə qədərdir?
— Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində fəaliyyət göstərən “Kurort” QSC-nin portfelinə daxil olan sağlamlıq mərkəzlərinin sayı 10-dan artıqdır. Bu sağlamlıq mərkəzləri əsasən ölkənin kurort potensialı yüksək olan regionlarında — Abşeron yarımadası, Naftalan, Xaçmaz, Qax və Naxçıvan Muxtar Respublikası ərazilərində yerləşir.
Müəssisələr müalicəvi-reabilitasiya xidmətləri, fizioterapiya, profilaktik sağlamlıq proqramları və sanator-kurort müalicə istiqamətləri üzrə fəaliyyət göstərir.
Abşeron yarımadasında yerləşən sağlamlıq mərkəzlərində kardioloji, nevroloji, fizioterapevtik, qastroenteroloji, dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsi və ümumi reabilitasiya xidmətləri göstərilir. Naftalan şəhərindəki sağlamlıq mərkəzi isə naftalan nefti ilə müalicə üzrə ixtisaslaşıb. Qax rayonunda yerləşən “Şəfa” sağlamlıq mərkəzi bölgənin təbii-iqlim resursları əsasında iqlim-terapiya və istirahət-reabilitasiya xidmətləri ilə seçilir.
Naxçıvan Muxtar Respublikasında isə “Ağbulaq” istirahət mərkəzi, “Darıdağ” arsenli su müalicə mərkəzi və “Duzdağ” müalicə mərkəzi fəaliyyət göstərir.

— Son illərdə bu sayda artım, yoxsa azalma müşahidə olunur?
— Son illər ərzində sağlamlıq mərkəzlərinin ümumi sayında əhəmiyyətli artım və ya azalma müşahidə olunmayıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bu istiqamətdə əsas strateji yanaşması mövcud sağlamlıq mərkəzlərinin modernləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, xidmət keyfiyyətinin artırılması və tibbi reabilitasiya proqramlarının genişləndirilməsi üzərində qurulub.
Bu çərçivədə bir sıra sağlamlıq müəssisələrində yenidənqurma və təkmilləşdirmə işləri aparılıb, müasir tibbi avadanlıqlar quraşdırılıb və xidmət səviyyəsi yüksəldilib. Eyni zamanda yeni və ya yenilənmiş infrastruktur əsasında fəaliyyət göstərən obyektlər istifadəyə verilib.
Belə ki, “Buzovna” fizioterapiya mərkəzi istifadəyə verilib, “Bilgəh” kardioloji və “Abşeron” mədə-bağırsaq təyinatlı sağlamlıq mərkəzlərində müalicə və istirahət üçün müasir standartlara uyğun şərait yaradılıb. Bundan əlavə, “Kurort-Naftalan” və “Günəşli” sağlamlıq mərkəzləri də tam yenilənib və müasir xidmət imkanları ilə təmin edilib.

— Mövcud sağlamlıq mərkəzlərində yer çatışmazlığı varmı?
— İlin müəyyən dövrlərində, xüsusilə yüksək tələbat müşahidə olunan mövsümlərdə ayrı-ayrı tibbi proqramlar üzrə bəzi sağlamlıq mərkəzlərində yer çatışmazlığı müşahidə oluna bilər.

— Regionlarda yeni sağlamlıq mərkəzlərinin tikilməsinə ehtiyac varmı?
— Əhalinin sağlamlıq turizminə artan marağı, profilaktik və reabilitasiyayönümlü tibbin inkişafı, eləcə də regionların sosial-iqtisadi inkişaf prioritetləri nəzərə alınaraq, perspektiv regionlarda yeni sağlamlıq və reabilitasiya mərkəzlərinin yaradılması məqsədəuyğun hesab olunur. Bu yanaşma regionlarda tibbi xidmətlərin əlçatanlığının artırılmasına, sağlamlıq turizminin genişlənməsinə və əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılmasına töhfə verə bilər.

— Bu istiqamətdə hansı konkret addımlar atılır?
— Qeyd olunan istiqamət üzrə hazırda əsas diqqət mövcud sağlamlıq mərkəzlərinin mərhələli şəkildə yenidən qurulmasına və modernləşdirilməsinə, tibbi proqramların strukturlaşdırılmasına və standartlaşdırılmasına, eləcə də idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə yönəldilib.
Bununla yanaşı, elektron rezervasiya və yollayış sistemlərinin inkişaf etdirilməsi xidmətlərin daha səmərəli təşkili və şəffaflığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə personalın ixtisasartırma və peşə hazırlığı proqramları həyata keçirilir, eləcə də sağlamlıq turizmi bazarında rəqabət qabiliyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Sağlamlıq mərkəzlərinə olan marağın sabit qalması və təkrar müraciət edən vətəndaşların payının yüksək olması göstərir ki, göstərilən xidmətlərə davamlı tələbat mövcuddur və ümumilikdə müsbət qiymətləndirilir. Bununla yanaşı, xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə vahid keyfiyyət standartlarının tətbiqi, eləcə də müasir tibbi texnologiyaların və innovativ müalicə metodlarının tətbiqi prioritet istiqamətlər kimi müəyyən edilib.

 

Aynur Nadirqızı
Paraqraf.com

Loading

Visited 12 times, 5 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Paşinyan: Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq
Next: Azərbaycanda I rübdə büdcə xərclərinin icra vəziyyəti açıqlanıb

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.