Bu ilin I rübündə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 3 milyard 210 milyon manat təşkil edib.
Paraqraf.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 % azdır.
Xatırladaq ki, bu il ARDNF büdcəyə 12 milyard 835 milyon manat vəsait köçürməlidir. Beləliklə, 3 aylıq ödəniş tam icra edilib.
Paraqraf.com
![]()
Visited 10 times, 4 visit(s) today
