Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 21
  • TƏBİB sədri Yeni Klinikanın rəhbərini VƏZİFƏSİNDƏN azad etdi – Sırada onlardır… – ÖZƏL

TƏBİB sədri Yeni Klinikanın rəhbərini VƏZİFƏSİNDƏN azad etdi – Sırada onlardır… – ÖZƏL

admin 21 Aprel 2026 3 minutes read
nocomment_a6c32e0baf719aceb374043fb1277d3d_zfh5wi7x0rn8s23j16ke
PAYLAŞIN:

Azərbaycanın səhiyyə idarəetməsində genişmiqyaslı kadr islahatlarına start verilib. Cəmi bir neçə gün əvvəl, aprelin 17-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru vəzifəsinə təyin edilən Anar Bayramov qurumun idarəetmə aparatında ciddi təmizləmə işlərinə başlayıb.

Onun təyinatı sistemdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilsə də, ilk qərarlar kifayət qədər kəskin xarakter alıb. Əldə edilən məlumata görə, Anar Bayramovun müvafiq əmri ilə TƏBİB-in dörd müşaviri – Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublu eyni gündə tutduqları vəzifələrdən azad olunublar.

Bu siyahıya cəmi 17 gün əvvəl TƏBİB sədrinin səlahiyyətlərini icra edən Anar İsrafilov tərəfindən müşavir təyin edilmiş həkim Zeynal Bayramlı da daxildir. Qurumdakı digər müşavirlərin də ərizələrinin alındığı və hazırda bu postlara heç bir təyinatın olmadığı bildirilir. Eyni zamanda, TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev də icraçı direktorun əmri ilə işdən kənarlaşdırılıb.

Qurumun mərkəzi aparatındakı bu “istefalar dalğası” artıq paytaxtın iri tibb müəssisələrini də bürüməyə başlayıb.

Paraqraf.com-a daxil olan ən son məlumata görə, adı müxtəlif qalmaqallarda, o cümlədən Vüqar Qurbanov və Zaur Əliyevin tender ortağı kimi hallanan “Yeni Klinika”nın direktoru Barat Yusifov artıq vəzifəsindən azad edilib. Uzun müddətdir fəaliyyəti və tender əməliyyatları ilə bağlı müzakirə olunan Barat Yusifovun gedişi TƏBİB-in yeni rəhbərliyinin islahat karvanının ilk mühüm hədəflərindən biri hesab olunur. Bunun ardınca Kliniki Tibbi Mərkəz (KTM) və Respublika Urologiya Xəstəxanasının rəhbərliyində də bənzər kəskin qərarların veriləcəyi gözlənilir. TƏBİB rəhbərliyindəki bu radikal dəyişikliklər tibbi xidmətlərin keyfiyyətinin artırılması və idarəetmə strukturunun şübhəli şəxslərdən təmizlənməsi məqsədi daşıyır. Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, müşahidəçilər Anar Bayramovun bu addımlarını qurumda “köhnə komanda”nın və neqativ hallarla əlaqələndirilən şəxslərin tamamilə uzaqlaşdırılması kimi xarakterizə edirlər.

 

Paraqraf.com 

Loading

Visited 35 times, 4 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Avropa çempionatı: Azərbaycanın üç yunan-Roma güləşçisi yarımfinala vəsiqə qazanıb
Next: Vilayət Eyvazov: Kriminogen durum nəzarətdə saxlanılıb

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.