Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat qəbul olunub
İQTİSADİYYAT

Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat qəbul olunub

21 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Milli Məclisin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat” qəbul olunub.

Paraqraf.com xəbər verir ki, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.

O qeyd edib ki, Azərbaycanda dövlət satınalmaları sahəsində yeni qanunun tətbiqi ilə bağlı aparılan təhlillər nəticəsində 10-dan çox əsas təklif hazırlanıb: “Təkliflər dövlət satınalmaları üzrə idarəetmənin gücləndirilməsinə və mövcud çətinliklərin aradan qaldırılmasına yönəlib”.

Sədr əlavə edib ki, Azərbaycanda dövlət satınalmalarının əhəmiyyətli hissəsi müsabiqəsiz üsulla həyata keçirilib: “2025-ci ilin iş planı çərçivəsində keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri zamanı ümumilikdə 3 560 satınalma araşdırılıb və bu proseslər 3,8 milyard manat vəsaiti əhatə edib. Bu satınalmaların 60 %-i – 2 119-u müsabiqəsiz, yəni bir mənbədən satınalma metodu ilə həyata keçirilib və onların ümumi dəyəri 2milyard manatdan bir qədər çox olub. Audit və analitik fəaliyyətlər nəticəsində aşkar edilmiş nöqsanların 51,6 %-i büdcə qanunvericiliyi, 24,1 %-i isə dövlət satınalmaları ilə bağlı olub”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Reklam Agentliyi dövlət dilinin qorunması ilə bağlı maarifləndirmə kampaniyasına başlayıb

Next

Ermənistana dizel yanacağı daşıyan qatar Biləcəridən yola düşüb

Copyright 2026— Praqraf.com. All rights reserved