Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Bakı metrosunda bugünkü hadisə zamanı generatorların işə düşməməsinin səbəbi açıqlanıb
MANŞET

Bakı metrosunda bugünkü hadisə zamanı generatorların işə düşməməsinin səbəbi açıqlanıb

21 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Bugünkü hadisə Bakı Metropolitenin tunelində baş verdiyindən dizel generatorlardan istifadə edilməsi qeyri-mümkün idi.

Paraqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, bugünkü hadisənin səbəbi texniki insident olub: “Hadisə Bakı Metropolitenin tunelində, aralıq kabeldə baş verdiyindən məhz ehtiyat elektrik enerjisi mənbəyi kimi dizel generatorlardan istifadə edilməsi qeyri-mümkün idi. Bununla belə Bakı Metropoliteni normativ tələblərinə uyğun sərnişinlərin təxliyəsi tam və hər hansısa insidentsiz başa çatdırıb”.

B.Məmmədov qeyd edib ki, Bakı Metropoliteninə elektrik enerjisinin verilməsində problem yaranarsa, dizel generatorlar dərhal qoşulur: “Bakı Metropoliteni xətlərində həm qatarların, həm işıqlanma sistemi, həm də digər infrastrukturun, o cümlədən sanitariya qurğusu kimi ventilyatorların, nasosların, eskalatorların fəaliyyəti tam təmin olunur. Yəni həmin hadisə Bakı Metropoliteninə elektrik enerjisinin verilməsində fasilə yarandıqda olur. Qeyd etdiyim hadisə isə Bakı Metropoliteninin tunelində, kabeldə qısaqapanma nəticəsində baş verib”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Vilayət Eyvazov: Kriminogen durum nəzarətdə saxlanılıb

Next

Azərbaycan və İspaniya arasında tərəfdaşlığa dair Yol xəritəsi qəbul edilib

Copyright 2026— Praqraf.com. All rights reserved