Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Azərbaycanda elektrik oyuncaqlar üçün texniki reqlament hazırlanıb
MANŞET

Azərbaycanda elektrik oyuncaqlar üçün texniki reqlament hazırlanıb

21 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanda “Elektrotexnika və radioelektronika məmulatlarında bəzi təhlükəli maddələrin tətbiqinin məhdudlaşdırılması haqqında” texniki reqlament hazırlanıb.

Bu barədə Paraqraf.com Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, reqlamentin məqsədləri üçün istifadə olunan əsas anlayışlar da müəyyənləşdirilib. Belə ki, “oyuncaq” 14 yaşınadək uşaqların oynaması üçün nəzərdə tutulmuş məmulat və ya material kimi izah olunur.

“Elektrik oyuncaq” isə azı bir funksiyası elektrik enerjisi ilə yerinə yetirilən oyuncaq kimi müəyyən edilib.

Bundan başqa, “elektrotexnika və radioelektronika məmulatları” anlayışı da açıqlanıb. Bu kateqoriyaya birbaşa istifadə üçün nəzərdə tutulan və ya maşınlara, mexanizmlərə, cihazlara, alətlərə və digər avadanlıqlara daxil olan, təyinatı elektrik cərəyanlarının və ya elektromaqnit sahələrinin mövcudluğu, istifadəsi, istehsalı, çevrilməsi, ötürülməsi və paylanması ilə bağlı olan məmulatlar aid edilir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda daha 12 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Next

Pirallahıda piyada keçidindən keçən 58 yaşlı kişini avtomobil vuraraq öldürüb

Copyright 2026— Praqraf.com. All rights reserved