Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 21
  • Azərbaycan və İspaniya arasında tərəfdaşlığa dair Yol xəritəsi qəbul edilib

Azərbaycan və İspaniya arasında tərəfdaşlığa dair Yol xəritəsi qəbul edilib

admin 21 Aprel 2026 5 minutes read
TZrpA4tB5joaz441TNpbWa2ch4R9B9Hc4UlcX0gV_1200
PAYLAŞIN:

Azərbaycan və İspaniya arasında iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə birgə fəaliyyətin gücləndirilməsinə dair müzakirələr aparılıb, tərəfdaşlığa dair Yol Xəritəsi qəbul edilib.

Paraqraf.com bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, nazirin I müavini Elnur Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İspaniyaya səfər edib. Səfər çərçivəsində İspaniya-Azərbaycan Dəyirmi Masası, İkinci İspaniya-Azərbaycan Strateji İqtisadi Dialoqu və İspaniya rəsmiləri ilə görüşlər keçirilib.

İspaniya-Azərbaycan Dəyirmi Masasında hər iki ölkədən dövlət qurumları və şirkətlərin nümayəndələri iştirak ediblər.

E.Əliyev Azərbaycanın İspaniya ilə münasibətlərə önəm verdiyini vurğulayıb, qeyd edib ki, İspaniya ilə ticarət, investisiya, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, texnologiya, innovasiya və digər sahələr üzrə birgə fəaliyyətin genişləndirilməsi üçün böyük potensal mövcuddur. Ölkələrimizin bu potensialı real nəticələrə çevirməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycanın işgüzar mühiti haqqında da məlumat verilib. Bildirilib ki, ölkədə ticarət, istehsal və logistikanı dəstəkləyən investisiya platformaları fəaliyyət göstərir. Bu kontekstdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaxınlığında yerləşən Ələt azad iqtisadi zonası, sənaye zonaları, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sərmayədarlar üçün yaradılan imkanlar diqqqətə çatdırılıb.

İspaniyanın ticarət üzrə dövlət katibi Amparo Lopez Senovilla ikitərəfli iqtisadi münasibətlərin inkişafını yüksək qiymətləndirib, qarşılıqlı investisiya və biznes əlaqələrinin genişləndirilməsi barədə fikirlərini bölüşüb.

Dəyirmi Masada İspaniya Ticarət Palatasının baş direktoru İnmakulada Riera, İspaniya Sahibkar Təşkilatları Konfederasiyasının Beynəlxalq Əlaqələr Komissiyasının sədri Marta Blanko, Azərbaycanın İspaniyada səfiri Ramiz Həsənov Azərbaycan-İspaniya iqtisadi əlaqələrinin genişləndirilməsi imkanlarını qeyd ediblər.

Tədbirdə Azərbaycanın investisiya mühiti və biznes imkanları barədə təqdimat keçirilib, tərəfdaşlığın möhkəmləndirilməsinə dair müzakirələr aparılıb.

Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində İkinci İspaniya-Azərbaycan Strateji İqtisadi Dialoqu keçirilib. Tədbirdə vurğulanıb ki, İqtisadi Dialoq mexanizmi vasitəsilə ticarət dövriyyəsinin artırılması, investisiya axınının genişləndirilməsi və prioritet sahələr üzrə əməkdaşlığın gücləndirilməsi üçün əlverişli imkanlar var. Bununla yanaşı, tərəfdaşlığın gələcəkdə daha geniş institusional formatda inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Tədbirdə Azərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun 2-ci iclasının Protokolu imzalanıb, həmçinin Protokolun əlavəsi olaraq ticarət, investisiya, nəqliyyat-tranzit və digər istiqamətlər üzrə tərəfdaşlığı nəzərdə tutan Yol Xəritəsi qəbul edilib.

E.Əliyevin İspaniyanın ticarət üzrə dövlət katibi Amparo Lopez Senovilla ilə görüşündə qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiya əməkdaşlığının genişləndirilməsi, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi və digər məsələlər haqqında müzakirələr aparılıb.

İspaniyanın Deputatlar Palatasının İqtisadiyyat, Ticarət və Rəqəmsal Transformasiya Komitəsinin sədri Pedro Puy Fraga ilə müzakirələrdə parlamentlərarası əlaqələrin iqtisadi əməkdaşlığa töhfəsi qeyd olunub. Eyni zamanda, Azərbaycanın regionun strateji logistika və enerji qovşağı kimi rolu, Orta Dəhliz çərçivəsində imkanları, nəqliyyat bağlantıları və İspaniya şirkətləri üçün investisiya perspektivləri haqqında məlumat verilib.

İspaniyanın Rəqəmsal Transformasiya, Nəqliyyat və Dayanıqlı Mobillik, Kənd Təsərrüfatı, Balıqçılıq və Ərzaq nazirliklərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə rəqəmsal iqtisadiyyatın inkişafı, dövlət idarəçiliyində məlumat əsaslı həllər, innovasiya ekosisteminin gücləndirilməsi, nəqliyyat-logistika və ərzaq təhlükəsizliyi üzrə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Beynəlxalq Zeytun Şurasının icraçı direktoru Jaime Lillo Lopez ilə görüşdə Azərbaycanın qurum çərçivəsində fəaliyyəti, zeytunçuluq sahəsində beynəlxalq standartların tətbiqi, texniki əməkdaşlıq, sertifikatlaşdırma, ekspert dəstəyi və yerli istehsalçıların beynəlxalq bazarlara çıxış imkanları nəzərdən keçirilib.

 

Paraqraf.com 

Loading

Visited 15 times, 4 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Bakı metrosunda bugünkü hadisə zamanı generatorların işə düşməməsinin səbəbi açıqlanıb
Next: Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (22.04.2026)

OXŞAR MÖVZULAR

4ffbf508-fed0-3b0a-b3d3-2465bf884e5e_1200 (2)

Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq

admin 23 Aprel 2026
qDuY3V3GKU6CaqJBvOi5j4nLftdPmiV1GFUqE4V5_1200

Mərkəzi Asiya ölkələri və Azərbaycan ətraf mühitin qorunmasında birgə fəaliyyət üzrə bəyanat qəbul ediblər

admin 23 Aprel 2026
Gn4Bv65RrWYKapt61md7Tk2W9oxOy8wmwIM2b270_1200

Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.