Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Rövşən Binnətli: “Elvinin əvəzedici komandaya keçməsi təqdirə layiq deyil”
MANŞETÖZƏL

Rövşən Binnətli: “Elvinin əvəzedici komandaya keçməsi təqdirə layiq deyil”

20 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov növbəti sərt addımı ilə diqqət çəkib.
Ağdam klubunun çalışdırıcısı Abbas Hüseynov və əsas heyətin üzvlərindən biri Elvin Cəfərquliyevi əvəzedici komandaya göndərib.

İdman şərhçisi Rövşən Binnətli Paraqraf.com-a açıqlamasında bildirib ki, Elvinin əvəzedici komandaya göndərilməsi klubdaxili intizam qaydalarının pozulması ilə bağlıdır:

“Beynəlxalq təcrübədə belə hallarda futbolçu adətən bir neçə oyunda əsas heyətə buraxılmır və ya cərimələnir. Bu, müqavilə şərtlərinə uyğun tətbiq edilən prosedurdur. Görünür, “Qarabağ”da cəza tədbirləri sırasında əvəzedici heyətə göndərilmək də var. Üstəlik, bu cür hal artıq ilk dəfə deyil ki, təkrarlanır”.

Şərhçi Elvinin əvəzedici komandaya göndərilməsinin komandaya təsirinə də münasibət bildirib:

“Bu, təqdir ediləsi addım deyil. Amma verilən qərar yalnız konkret futbolçuya yox, bütün komandaya mesaj xarakteri daşıyır və komandadaxili intizamın qorunmasına xidmət edir”.

Rövşən Binnətli “Qarabağ”ın son dövrlər “Sabah”a qarşı uğursuz nəticələrinə də toxunub:

“Bu oyunların əksəriyyəti son dövrə təsadüf edir və komandalar arasında prinsipiallıq məhz bu mövsüm artıb. Çempionlar Liqasında uğurlu çıxış ‘Qarabağ’a həm fiziki, həm psixoloji, həm də mənəvi baxımdan ciddi yük oldu. Komanda bu itkiləri tam bərpa edə bilmədi. ‘Gəncə’ və ‘Şamaxı’ ilə matçlarda itirilən xallar da bunu göstərir. Əvvəlki illərdə də oxşar hallar yaşanıb, amma komanda bu yükün altından çıxa bilirdi. Bu dəfə isə qarşıda ‘Sabah’ kimi daha iddialı və yaxşı hazırlıqlı rəqib var”.


Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ekspert: “Visa və MasterCard Azərbaycanda həddən artıq yüksək komissiya tətbiq edir”

Next

Ukraynadan Azərbaycana gətirilən 5 tona yaxın toyuq məhsulunda uyğunsuzluq aşkarlanıb

Copyright 2026— Praqraf.com. All rights reserved