Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 20
  • Paşinyan: Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri genişləndirmək istəyir

Paşinyan: Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri genişləndirmək istəyir

admin 20 Aprel 2026 3 minutes read
IMG_5815
PAYLAŞIN:

Qonşu ölkələrlə münasibətlərin qurulması Ermənistanın balanslaşdırılmış xarici siyasətində mühüm rol oynayır.

Paraqraf.com xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan bu gün hakim “Vətəndaş müqaviləsi” partiyasının seçkiqabağı proqramının təqdimatı zamanı bəyan edib.

“Regionallaşma balanslaşdırılmış xarici siyasətin formalaşmasında əsas rol oynayır, bunun başlıca məqsədi Ermənistanın xarici dəstək olmadan öz mühitində təkcə yaşamaq deyil, həm də rahat inkişaf etmək qabiliyyətini təmin etməkdir. Bu mənada Gürcüstan, İran İslam Respublikası, Türkiyə Respublikası və Azərbaycan Respublikası ilə münasibətlərin daha da inkişaf etdirilməsi böyük əhəmiyyət daşıyır və partiya bu yolu izləyəcək”, – o deyib.

Paşinyanın fikrincə, regional əməkdaşlıq kontekstində nəqliyyat infrastrukturunun tam blokadadan çıxarılması, o cümlədən TRIPP layihəsinin (Beynəlxalq sülh və firavanlıq naminə Tramp marşrutu) həyata keçirilməsi və Gümrü-Qars dəmir yolunun istismara verilməsi zəruridir: “Bu da regionda sülhü və əməkdaşlığı daha da möhkəmləndirəcək”.

Baş nazir həmçinin İrəvanın Bakı və Ankara ilə münasibətlərdə uzun illər regionda sülhün bərqərar olmasına mane olan əvvəlki səhv mövqeyinə diqqət çəkib.

“Azərbaycan və Türkiyə ilə münasibətlərimizdə biz həmişə üçüncü ölkələr vasitəsilə hərəkət edirdik. Yəni bəyanat və planlarımızın 90%-ni və ya daha çoxunu üçüncü ölkələr vasitəsilə müzakirə edirdik. Kiminləsə üçüncü tərəf vasitəsilə ünsiyyət qurduğunuz zaman üçüncü tərəfin sizin mesajlarınızı ünvana düzgün çatdırdığına və öz mesajlarını ötürərkən düzgün davrandığına heç vaxt əmin ola bilməzsiniz, çünki üçüncü tərəfin öz ideyaları, öz maraqları, öz təsəvvürləri ola bilər və biz heç vaxt üçüncü tərəfin və üçüncü şəxslərin maraqlarının nə olduğunu bilmirik. Məhz buna görə də regionumuzda uzun illər sülh bərqərar olmurdu.

Və biz mövqeyimizi dəyişdik, biz bəyan etdik ki, əgər Türkiyə və Azərbaycanla danışacaq mövzularımız varsa, ki şübhəsiz var, onda niyə danışmayaq? Çünki mesajımızın ünvana çatacağının və dəqiq cavab alacağımızın yeganə zəmanəti budur”, – o əlavə edib.

Hökumət başçısı həmçinin bəyan edib ki, Ermənistan regionallaşmanın praktik həyata keçirilməsi üçün “3+3” formatının daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və buna öz töhfəsini verməyə hazırdır:

“Rusiyanın bu formatda iştirakı Ermənistan və Rusiya arasında münasibətlərin konstruktiv transformasiyası üçün də vacibdir”.

Paşinyan həmçinin Səudiyyə Ərəbistanı və Pakistanla diplomatik münasibətlərin qurulmasını vacib adlandırıb. “Bu istiqamət 2026-2031-ci illər dövründə yeni impuls alacaq”, – o əlavə edib.

Paraqraf.com

Loading

Visited 15 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Rusiya Ukraynanın bir sıra regionlarına hücum edib: ölən və yaralananlar var
Next: Yaponiyada 7,4 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi yaranıb

OXŞAR MÖVZULAR

f1LyQ5ramnSrNKwgEuk0oxI7oyq5ifJTng7I0clI_1200

Paşinyan: Ermənistan yük maşınlarının Rusiyaya girişinə qadağa barədə rəsmi məlumat yoxdur

admin 23 Aprel 2026
COgkxRYlRdsQU3ydsq2jF2PiPiEzU9txTsfC9xWp_1200 (1)

İndoneziya Rusiyadan 150 milyon barel neft alacaq

admin 23 Aprel 2026
sDr2ozn2wvIJhFWAyv9TVTjdybFwdrJldtFS69St_1200

Danimarkada qatarların toqquşması nəticəsində 17 nəfər xəsarət alıb

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.